Icma.az
close
up
RU
Mingəçevir şəhərində “Gələcəyə Birlikdə Sosial Fəallıq və İnkişaf Proqramı” layihəsi çərçivəsində Gənclər Forumu keçirilib

Mingəçevir şəhərində “Gələcəyə Birlikdə Sosial Fəallıq və İnkişaf Proqramı” layihəsi çərçivəsində Gənclər Forumu keçirilib

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

13-14 avqust tarixlərində Mingəçevir Dövlət Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “İşıqlı Gələcək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli çərçivəsində “Gələcəyə #Birlikdə | Sosial Fəallıq və İnkişaf Proqramı” keçirilib.

Layihə çərçivəsində “#Birlikdə Güclüyük” Gənclər Forumu baş tutub. Forumdan əvvəl rəsmilər Mingəçevir Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək onun ruhunu ehtiramla yad edib, büstü önünə gül dəstələri qoyublar. Forumun rəsmi açılış mərasimi isə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Daha sonra rəsmi çıxışlarla Forum davam edib. Forumda Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Aydın Mirzəzadə, Mingəçevir

Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Sahib Əliyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) baş katibi Nərminə Hüseynzadə, Mingəçevir Gənclər Evinin direktoru vəzifəsini icra edən Eşqin Məmmədov və “İşıqlı Gələcək Gənclər” İctimai Birliyinin sədri Samrin Xanlayev çıxış ediblər.

Çıxışlar zamanı vurğulanıb ki, ölkədə həyata keçirilən gənclər siyasətinin gənclərin təhsil, yaradıcılıq və ictimai fəaliyyət imkanlarını genişləndirdiyini bildiriblər. Həmçinin o da vurğulanıb ki, bu gün ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qalib xalqın gəncləri bu gün cəmiyyətimizin ən fəal hissəsi kimi ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər.

Daha sonra panel müzakirələr təşkil olunub və gənclərlə bağlı müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə təhsilin vətəndaş məsuliyyətinin formalaşmasındakı rolu, konstitusiya birlikləri və fəal vətəndaşlıq anlayışının gənclər arasında təşviqi, eləcə də gənclərin ictimai təşəbbüslərdə iştirakı və sosial məsuliyyətin gücləndirilməsi kimi mövzular müzakirə olunub. İştirakçılar bu sahələrdəki təcrübələrini bölüşərək, gələcəkdə həyata keçirilə biləcək layihələr üçün təkliflər irəli sürüblər.

Proqrama uyğun olaraq keçirilən çay fasiləsi və şəbəkələşmə sessiyası zamanı gənclər üçün qarşılıqlı tanışlıq və əməkdaşlıq imkanları yaradılıb. Forumun ikinci hissəsində isə “Gələcəyə #Birlikdə” proqramının məqsədləri, əsas fəaliyyət istiqamətləri və Mingəçevirdə icra olunacaq 3 aylıq yerli fəaliyyət planı barədə ətraflı məlumat təqdim edilib.

Tədbirin sonunda rəsmi bağlanış mərasimi keçirilib, iştirakçılara sertifikatlar təqdim olunub və xatirə fotosu çəkilib.

Layihənin ikinci günündə təşkil olunan “Fəal Gənc Akademiyası” çərçivəsində gənclərlə iş sahəsində çalışan Hikmət Qafarov, Müşviq Tarıverdiyev, Elnarə Əliyeva tərəfindən gənclər üçün sosial fəallıq, liderlik, komanda işi və karyera planlaması mövzularında təlimlər keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Avqust 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see287

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see286

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see206

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see185

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see164

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see159

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see156

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see147

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see144

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see144

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see143

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see143

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see139

Məşhur ekstrasensdən Azərbaycanla bağlı 2026 PROQNOZLARI MÜSAHİBƏ

02 Yanvar 2026 10:12see136

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see136

23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

02 Yanvar 2026 06:20see135

Bakının yarısında işıqlar söndü

02 Yanvar 2026 00:26see134

Ukrayna xüsusi xidmət orqanları Kapustinin ölüm xəbərindən sonra onun sağ olduğunu elan etdi

02 Yanvar 2026 10:15see129

Bayramdan sonra işə adaptasiya olmağın yolları

02 Yanvar 2026 18:59see127

Elnur Məmmədli yeni vəzifəyə getdi

03 Yanvar 2026 03:13see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri