Icma.az
close
up
RU
Mingəçevir su anbarı və Kür çayında qanunsuz balıq ovu faktları aşkarlanıb

Mingəçevir su anbarı və Kür çayında qanunsuz balıq ovu faktları aşkarlanıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 26 sentyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə qanunsuz balıq ovuna qarşı reydlər davam etdirilir. Mingəçevir su anbarı ərazisində keçirilmiş növbəti reyd zamanı balıqovlama bileti olmadan qanunsuz ov edən bir qrup şəxs saxlanılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, yoxlama zamanı saxlanılan Yevlax rayonu Xanabad kənd sakinləri İsmayılov Əbil Qerasin oğlu, Həsənov Şakir Şəmsəddin oğlu və İsmayılov Sənan Mənsur oğlundan 2 ədəd dəmir qayıq, 4 ədəd avar, 51 ədəd sıf balığı, 191 ədəd şahmayı balığı, 8 ədəd çapaq, 10 ədəd daban balığı və 2 ədəd tor aşkar edilərək maddi sübut kimi götürülüb. Vətəndaşların qanunsuz ov nəticəsində təbiətə 8715 manat dəyərində zərər vurduğu müəyyənləşib. Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində aparılan nəzarət tədbirləri zamanı qadağan olunmuş ov aləti - elektrik cərəyanı ilə balıq ovu edən şəxslər saxlanılıb. Qanunsuz ov edən Tovuz rayonunun Hunanlar kənd sakinləri - 2001-ci il təvəllüdlü Məmmədov Elnur Səməd oğlu və 1996-cı il təvəllüdlü Quliyev Taleh Salman oğlundan 1 ədəd rezin qayıq, 2 ədəd domca, 2 ədəd elektrik akkumulyatoru və 93 ədəd xramulya balığı maddi sübut kimi götürülüb. Təbiətə dəymiş ziyanın məbləği 1023 manat qiymətləndirilib və faktla bağlı cinayət işi başlanıb.

Ümumilikdə, qanunsuz balıq ovunun qarşısının alınması zamanı təbiətə 9198 manat zərər dəyməsi müəyyən edilib.

Qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə müvafiq dövlət qurumları tərəfindən reydlər davam etdirilir.

“İctimaiyyətə bir daha xatırladırıq ki, qanunsuz balıq ovu qadağandır və bu kimi hallara yol verən şəxslər barəsində qanuni tədbirlər görüləcək”, - deyə nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Sentyabr 2025 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see271

Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib

25 Sentyabr 2025 13:16see161

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see151

Masterchef Türkiye də gərgin anlar Münsif iştirakçını efirdən qovdu

25 Sentyabr 2025 13:16see133

Avropanın kiçik bir ölkəsində ən təmiz yanacağın böyük yataqları tapıldı

25 Sentyabr 2025 21:27see130

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see130

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see129

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see128

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

25 Sentyabr 2025 19:03see127

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see127

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see126

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see125

Qusarın Ləzə kəndini cənginə alan təbii fəlakət Xəbərlərin 20:00 buraxılışı

25 Sentyabr 2025 20:00see124

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see123

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

26 Sentyabr 2025 07:09see122

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

25 Sentyabr 2025 21:31see119

Son statistika: Ukrayna bu cür dirçəlir, Rusiya isə...

25 Sentyabr 2025 07:01see119

Avropanın doqquz bankı güclərini birləşdirdi: Ortaq kriptovalyuta gəlir

25 Sentyabr 2025 19:05see119

Liverpul fransalı ulduzun izində

25 Sentyabr 2025 21:34see117

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri