Mingəçevir su anbarında itkin düşən 5 nəfər tapıldı
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
3 gündür Mingəçevir su anbarı ərazisində itkin düşən və köməksiz vəziyyətdə qalan 5 nəfərin yeri müəyyən edilib.
“Unikal”ın bölgə müxbirinin məlumatına görə, Fövqəladə Hallar Nazirliyi-nin Aran Dalğıc Axtarış qrupu tərəfindən aparılan axtarışlar nəticəsində Ağdaş rayonu sakinləri olan 5 nəfər kişi tapılıb. Onların hamısının vəziyyətinin yaxşı olduğu bildirilir.
Hazırda xilasedicilər həmin şəxslərin təhlükəsiz əraziyə çıxarılması istiqamətində tədbirlər görür.
Məlumata görə, şəxslər balıq tutmaq məqsədilə əraziyə gəlib və sonradan köməksiz vəziyyətdə qalıblar. Onlar su anbarının Goranboy rayonu ərazisindən keçən hissəsində aşkarlanıblar.
Ehtiram Muradov
Baxış sayı:134
Bu xəbər 28 Mart 2026 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















