Mingəçevir su anbarında sintetik torlara qarşı tədbir keçirildi
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mingəçevir su anbarının Yevlax rayonu Xanabad kəndi ərazisinə düşən hissəsində ekoloji hüquqpozmalara qarşı növbəti tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbir Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə Kənd Təsərrüfatı Nazirliyinin “Balıqçılıq və Akvakultura Mərkəzi”nin nümayəndələrinin iştirakı ilə birgə təşkil olunub.
Keçirilən nəzarət və profilaktik tədbirlər zamanı su hövzəsində qanunsuz balıq ovu məqsədilə quraşdırılmış sintetik torlar aşkar edilib. Həmin torlar müvafiq qaydada götürülərək zərərsizləşdirilib.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bu cür qanunsuz balıqovlama vasitələri balıq ehtiyatlarına ciddi ziyan vurur və ekoloji tarazlığın pozulmasına səbəb olur. Su polisi tərəfindən su hövzələrində bioloji resursların qorunması və qanunsuz ov hallarının qarşısının alınması məqsədilə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Baxış sayı:152
Bu xəbər 01 May 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















