Icma.az
close
up
RU
“Mingəçevir” yox olmaq təhlükəsi ilə üz üzə Komandanın taleyi necə olacaq?

“Mingəçevir” yox olmaq təhlükəsi ilə üz üzə Komandanın taleyi necə olacaq?

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan futbolunda maliyyə problemləri yenidən gündəmə gəlib. Bu dəfə təhlükə ilə üz-üzə qalan klub I Liqa təmsilçisi “Mingəçevir”dir. Komandanın üzləşdiyi çətinliklər artıq təkcə futbolçuların maaşlarının gecikməsi ilə məhdudlaşmır. Məsələ o həddə çatıb ki, klubun çempionatdakı gələcək taleyi sual altındadır.

“Mingəçevir”in Azərbaycan I Liqasını vaxtından əvvəl tərk etmək təhlükəsi yaranıb. Komanda VII turda “Şahdağ Qusar”la qarşılaşmaya çıxmayıb. Buna səbəb futbolçuların maaşlarının ödənilməməsi olub. Nəticədə “Mingəçevir”ə texniki məğlubiyyət verilib. Lakin bu, klubun üzləşdiyi problemlərin yalnız görünən tərəfidir.

Əsl təhlükə bundan sonra başlayır. Peşəkar Futbol Liqasının əsasnaməsinə görə, eyni yarışda iki qarşılaşmaya çıxmayan komanda çempionatdan kənarlaşdırılır. Bu isə o deməkdir ki, “Mingəçevir” daha bir oyunu buraxacağı təqdirdə, I Liqadakı mübarizəsini vaxtından əvvəl başa vurmaq məcburiyyətində qalacaq.

Üstəlik, belə bir vəziyyətdə komanda sadəcə aşağı liqaya düşməklə kifayətlənməyəcək. Əsasnamədə yazılır ki, çempionatdan kənarlaşdırılan komanda II Liqada da iştirak edə bilməz və üç il müddətinə bütün yarışlardan uzaqlaşdırılmalıdır. Bu isə klubun peşəkar futboldakı fəaliyyətinin uzunmüddətli dayanması deməkdir.

Məsələnin digər tərəfi mümkün kənarlaşdırılmanın çempionatın taleyinə təsiridir. Belə bir ssenari reallaşarsa, mövsümün sonunda I Liqanı iki komanda tərk edəcək. Bunlardan biri turnir cədvəlini sonuncu pillədə başa vuran kollektiv, digəri isə yarışdan kənarlaşdırılan “Mingəçevir” olacaq.

Bu halda II Liqadan iki komandanın I Liqaya yüksəlməsi nəzərdə tutulur. Nəticədə liqalar arasında keçirilməsi planlaşdırılan pley-off qarşılaşmasına ehtiyac qalmayacaq. Başqa sözlə, bir klubun maliyyə böhranı təkcə öz gələcəyini deyil, digər komandaların mövsüm sonundakı taleyini də dəyişə bilər.

Klubda vəziyyət hələ də ürəkaçan deyil. Maliyyə problemləri həllini tapmayıb və komandanın fəaliyyətini normal şəkildə davam etdirməsi üçün əlavə vəsaitə ehtiyac var.

Klubdan “Apasport”a verilən məlumatda bildirilib ki, yaranmış vəziyyətdən çıxış yolu tapmaq məqsədilə sponsor və potensial tərəfdaşlarla müxtəlif görüşlər keçirilir. Rəhbərlik maliyyə dəstəyi əldə etmək və komandanın fəaliyyətini davam etdirmək üçün imkanları dəyərləndirir.

Hazırda əsas məsələ yığılan borcların bağlanmasıdır. Bunun üçün konkret maliyyə dəstəyi göstərəcək şəxs və ya sponsorun ortaya çıxması vacibdir. Klub rəhbərliyi problemin həlli istiqamətində səylərini davam etdirsə də, hələlik vəziyyətin tam sabitləşdiyini söyləmək mümkün deyil.

Burada söhbət yalnız bir neçə futbolçunun maaşından və ya bir oyunun keçirilməsindən getmir. Məsələ bütövlükdə bir futbol klubunun gələcəyidir. Özü də konkret futbol şəhəri olan Mingəçevirin komandasının gələcəyi. 
İndi “Mingəçevir” üçün hər növbəti oyun xüsusi əhəmiyyət daşıyır. Komandanın meydana çıxması təkcə növbəti üç xal uğrunda mübarizə deyil, həm də çempionatda qalmaq üçün vacib şərtdir.

Klub rəhbərliyi sponsor taparaq borcları bağlaya bilsə, komandanın fəaliyyətini davam etdirməsi üçün imkan yaranacaq. Əks halda, Azərbaycan futbolu mövsümün ortasında daha bir klubun yarışla vidalaşmasına şahidlik edə bilər.

Vlahoviç “Yuventus”la razılığa gəlmir Xuan Bernat “Vilyarreal”da - RƏSMİ "Milan" "Verona" ilə razılığa gəldi Sekidikanın taleyinə aydınlıq gəldi - GEDİR, YOXSA QALIR? "Neftçi” yarımfinala vəsiqə qazandı - YENİLƏNİB
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://apasport.az
archiveBu xəbər 11 Noyabr 2026 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri