Mingəçevirdə 67 yaşlı kişi keçmiş sevgilisini parkda döydü Dondurmaya GÖRƏ
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Mingəçevirdə kişi küçədə keçmiş sevgilisini döyüb.
Lent.az-ın xəbərinə görə, hadisə supermarketlərdən birinin qarşısındakı parkda qeydə alınıb.
67 yaşlı İsmayıl Nəcəfov əlindəki 3 dondurmanı parkda əyləşən keçmiş sevgilisi Nazilə (şərti adla) və onun yanındakı qadına verib. Nazilə isə onlardan birini İsmayılın üstünə ataraq, dondurmaları istəmədiklərini deyib. Bundan əsəbiləşən kişi əlindəki yarım litrlik su butulkası ilə Naziləni vurub. Hadisədən dərhal sonra Nazilə polisə şikayət edib.
Şikayət əsasında İsmayıl Nəcəfov aidiyyəti üzrə polis orqanına dəvət olunub və barəsində protokol tərtib olunub.
İsmayıl Nəcəfov ifadəsində bildirib ki, Nazilə ilə 9 il münasibətləri olub və bu münasibətə görə hətta ailəsi də dağılıb. O, Naziləgilə verdiyi dondurmaları nəvələrinə aldığını qeyd edib. Yekun sözündə isə barəsində yüngül cəza verilməsini məhkəmədən istəyib.
Məhkəmənin qərarı ilə İsmayıl Nəcəfov 300 manat məbləğində inzibati qaydada cərimələnib.
Baxış sayı:171
Bu xəbər 05 Sentyabr 2026 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















