Mingəçevirdə kanalizasiya quyuları daşdı ADSEA dan hadisə ilə bağlı açıqlama
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Mingəçevirdə kanalizasiya xəttində yaranan problem sakinlərin narazılığına səbəb olub.
Milli.Az xəbər verir ki, şəhərin Heydər Əliyev prospekti 31 ünvanında yaşayan sakinlərin sözlərinə görə, bir neçə gündür kanalizasiya quyularından daşan çirkab suları küçəyə axaraq ərazidə antisanitar vəziyyət yaradıb.
Sakinlər bildiriblər ki, problemlə bağlı dəfələrlə aidiyyəti qurumun qaynar xəttinə müraciət ediblər. Onların sözlərinə görə, ərazidə kəskin qoxu yaranıb, pəncərələri açmaq mümkün deyil və yay mövsümündə bu vəziyyət sağlamlıq üçün ciddi risk yaradır.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, qeyd olunan ünvanda kanalizasiya xəttində baş vermiş qəzanın aradan qaldırılması üçün Mingəçevir Sukanal İdarəsinin əməkdaşları tərəfindən təmir işləri aparılır.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 03 Avqust 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















