Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Mingəçevirdə şəhid Fuad Xankişiyevdən bəhs edən kitabının təqdimatı keçirildi

Mingəçevirdə şəhid Fuad Xankişiyevdən bəhs edən kitabının təqdimatı keçirildi

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

- +

“Mən Gedirəm” kitabının təqdimatı Mingəçevir şəhər Heydər  Əliyev mərkəzində baş tutmalı idi. 30 noyabrda tezdən dostum Zərdabi Abbasovun maşınıyla müəllif Mənsurə Qaçayqızı, şairə Könül Vuqarlı, Fəridə Abdullayeva və mən yola rəvan olduq. Qeyd edək ki, “Mən Gedirəm” kitabının müəllifi Mənsurə Qaçayqızıdır…

Mingəçevir şəhərinin girişində bizi qarşılayıb şəhidimizin yaşadığı ünvana apardılar. Evin qarşısında Şəhid Fuad Xankişiyevin adına inşa olunmuş bulaq diqqətimizi cəlb elədi. Abidənin sol hissəsində Fuad Xankişiyevlə döyüşdə şəhid olan şəhidlərin şəkilləri vurulmuş stent, digər tərəfdə isə 44 Günlük vətən müharibəsində Mingəçevirdən olan şəhidlərin şəkilləri olan lövhə bu mənzərəyə başqa bir rəng qatırdı. Bura bir cəng meydanına bənzəyirdi. Heç şübhəsiz ki, bu mənzərə yetişməkdə olan Azərbaycan gəncliyinə vətənpərvərlik, vətəni necə sevmək və uğrunda qəhrəmancasına şəhid olmaq kimi böyük duyğular aşılayır.

Şəhidimizin anası Xankişiyeva Saqibət bizi evin girişində qarşıladı. Nur üzlü şəhid anası qonaqpərvər xanım  ailə üzvləri ilə bizi gözləyirdi. Şəhidimizin bibisi də bizi qarşılayanların arasında idi. Çox səmimi qadın idi. İlk olaraq biz evdə yaradılmış şəhidin ev muzeyini ziyarət etdik. Evin hər bir qarışında şəhidin əl izləri görünürdü. Məlumat üçün qeyd edim ki, şəhid Fuad Xankişiyevin güclü idmançı kimi müxtəlif yarışlarda iştirak edib qələbə qazanması divara asılmış medallrından, dekor-dizayner kimi sənət sahibi olduğu da onun divarları bəzəmiş əl işlərindən görünürdü. Divrarlarda əşyalardan düzəldilmiş və  özündə böyük məna daşıyan rəsmlər böyük bir muzeyi xatırladırdı. Şəhid Fuad Xankişiyevin ötən illərdə nələri öyrəndiyi bütövlükdə onun əl işlərində əks olunmuşdu.  Saqibət xanım şəhid oğlu haqqında onun necə bir qorxmaz, cəsarətli, düşüncəli və vətənpərvər olduğu barədə bizə məlumat verib, yaratdığı hər bir rəsm barədə xatirələrini bizimlə bölüşürdü…

Sonda muzeydə xatirə şəkilləri çəkdiririk.

Şəhidlər Xiyabanını ziyarət etdik

İlk olaraq yaxınlaşırıq Mingəçevir şəhidlər xiyabanına. Qeyd edək ki, şəhidlər xiyabanı şəhərin mərkəzində yerləşir. Birinci və İkinci Qarabağ müharibəsində şəhid olanlar bu xiyabanda dəfn olunub. Şəhidlərin məzarını bir-bir ziyarət edirik. Saqibət xanım tanıdığı şəhidlər barədə bizə geniş məlumatlar verirdi. Xiyabanın digər tərəfində isə itkin düşən şəhidlərin stenti yerləşdirilib. Oranı da ziyarət etdik. Birdən Milli Qəhrəman Natiq Qasımovun stentdə şəkilini görüb  ayaq saxlayırıq. Səngər tv-nin efirindən Aqil Alışovun  Natiq Qasımov barədə məlumatları davamlı olaraq səsləndirməsini bir anlıq xatırlayıram. Onun düşmən mühasirəsində necə mətn və cəsarətlə döyüşdüyü və sonda üçrəngli bayrağı heç kimə vermədən əsir götürüldüyü anlardan danışıb, xatirə şəkili çəkdiririk.

Heydər Əliyev Mərkəzində tədbir başladı

30 noyabr 2024-cü il tarixdə Mngəçevir şəhəri, Heydər Əliyev Mərkəzində Mənsurə Qaçayqızının şəhid Fuad Xankişiyev haqqında yazdığı kitabın təqdimatı başladı. Tədbirin aparıcısı ilk olaraq tədbir barədə məlumat verib sözü mənə verir. Mən də dərhal çıxışıma başlayıram.  Müəllifin  “Mən Gedirəm” kitabına niyə bu adı verməsi barədə düşüncələrimi bölüşüb, kitabdakı ayrı-ayrı yazılar barədə məlumat verirəm. Müəllif bu kitabda əsas olaraq şəhidin necə qorxmaz vətənpərvər, idmançı, dekor-dizayner olması barədə ayrıca məlumat verdiyni bildirirəm. Kitabın adınnın məs “Mən Gedirəm” olması isə ayrıca səbəbləri özündə ehtiva edir. Müəllif digər bir epizodda isə qəhrəman şəhidin döyüş yolundan yazır. Onun döyüş yoldaşlarının söylədiklərini kitabda qeyd edib. Kitabda həmçinin şəhidin yaxınları, dostları, müəllimləri və onu tanıyanların xatirələri qeyd olunub. Belə kitabların cəmiyyətdə gənclərə vətənpərvərlik hisslərinin necə aşılanmasında hansı rol oynadığını hər kəs bilir. Bura daxildir qəhrəmanlar haqqında yazılan kitablar, məqalələr, çəkilən filmlər. Əlbəttə ki, bu isə hər kəsdə böyük ruh yüksəkliyi yaradır…

Növbəti söz Şairə Könül Vuqarlıya verildi. O, da kitab haqqında danışıb, özünün yazdığı şeiri səsləndirdi.

Sonra tədbirdə çıxış üçün söz Mingəçevir şəhər icra hakimiyyətinin veteranlarla iş şöbəsinin böyük məsləhətçisi Seymur Hidayətova verildi.

Seymur bəy özü haqqında məlumat verərək bildirdi ki, biz rəhmətlik şəhid Fuad Xankişiyevlə birlikdə Füzuli cəbhəsində döyüşdə olmuşuq. “Onu qorxmaz, vətənpərvər və cəsarətli bir insan kimi tanıyırdım. Mən bu kitabı sona qədər oxumuşam. Müəllifə çox böyük təşəkkür edirəm. Belə kitabların davamlı olmasını arzulayıram. Bu kitablar gənclərimizə vətənpərvərlik ruhu aşılayır. Saqibət xanımla ara-sıra danışırıq. Son danışığımızda mənə dedi ki, kitab təqdimatı olacaq. Səni ora dəvət edirəm. Düzü, təcili iş üçün Bakıya getməliydim. Amma mən fikirimdən daşındım. Dedim ki, mən mütləq bu tədbirə qatılacam. Və bu gün buradayam. Burada oturan şəhid anaları bizim üçün çox əzizdir. Bizim borcumuz onların xidmətində durmaqdır. Allam bütün şəhidlərimizin məkanını cənnət eləsin.”-deyə çıxışçı sözünü yekunlaşdırdı.

Daha sonra Mədəniyyət həmkarlar idarəsinin Mingəçevir şöbəsinin müdiri Leyla Məmmədova, Aran Regional mədəniyyət idarəsinin əməkdaşı Zəfər Hacıyev, Zərdabi Abbasov çıxış edərək bu kitabın cəmiyyətə nə qədər faydalı olacağından danışıb, yekunda müəllifə uğurlar arzuladılar.

İlahiyyətçı Cavid Ələmdarov isə çıxışında çox maraqlı məqamlara toxunaraq bunları ifadə etdi. “Şəhidlərin məqamı cənnətdən də yuxarıdadır. Onlar Allahın yanındadır, Allah yolunda şəhid olublar. Allah rəhmət eləsin cəmi şəhidlərimizə”.

Sonra söz  “Mən Gedirəm” kitabının müəllifinə verildi. Müəllif tədbirdə iştirak edən şəhid analarına, ictimaiyyət nümayəndələrinə təşəkkür edib, kitab barədə tədbir iştirakçılarına geniş məlumat verdi. “Mən bu kitabı yazarkən sanki şəhidimizin döyüşdüyü əraziləri xəyalən gəzdiyimi və onlarla bərabər düşündüyümün duyğularımda canlandığını hiss edirdim”- deyə müəllif həyacanla çıxışına yekun vurur.

Daha sonra Fuad Nəbiyev Şəhid Fuad Xankişiyev haqqında çəkdiyi film barədə tədbir iştirakçılarına  məlumat verdikdən sonra, filmin nümayişinə başlandı.

Tədbirin sonunda şəhidin anası Saqibət Xankişiyeva tədbirdə iştirak edən şəhid analarına, ictimaiyyət nümayəndələrinə və digər tədbir iştirakçılarına minnətdarlıq edib, müəllifə təmənnasız kitab yazdığına görə xüsusi təşəkkürünü bildirdi. “24 illik ömrü 100 səhifəlik bir kitaba yerləşdirdik. Gələn ayaqlarınız var olsun, hər birinizə minnətdarlığımı bildirirəm”-deyə Saqibə Xankişiyeva göz yaşlarını silə-silə tədbirə yekun vurdu.

Sonda xatirə şəkili çəkildi.

Subut Mehdiyev, araşdırmaçı jurnalist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 01 Dekabr 2024 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see496

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see467

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see276

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see258

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see253

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see249

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see241

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see238

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see237

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see230

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see222

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see217

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see214

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see212

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see203

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see200

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see192

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see190

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see188

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri