Icma.az
close
up
RU
Minilliyin Toxum Bankının nümayəndəsi Botanika İnstitutunda olub

Minilliyin Toxum Bankının nümayəndəsi Botanika İnstitutunda olub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 iyun, AZƏRTAC

Botanika İnstitutu və Kyu Kral Botanika Bağlarının Minilliyin Toxum Bankı Tərəfdaşlığının (MTBT) birgə həyata keçirdiyi 2022-2027-ci illər üçün “Qafqaz Ağac Toxum Bankının İnkişafı” layihəsinə dair işlər davam etdirilir.

Minilliyin Toxum Bankının (MTB) Mühafizə Tərəfdaşlığı üzrə koordinatoru Simon Kellou Botanika İnstitutunda olub.

Botanika İnstitutundan AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi sözügedən layihə üzrə aparılan işlərin və institutun Toxum Bankının fəaliyyətinin MTB-nin Toxum Mühafizəsi Standartları üzrə qiymətləndirilməsi olub.

Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva, Toxum Bankı sektorunun əməkdaşları və Simon Kellounun iştirakı ilə keçən görüşdə institutun elmi tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri və müştərək layihələri haqqında danışılıb. Azərbaycan florasına aid endemik, nadir və dərman bitkiləri barədə fikir mübadiləsi aparılıb. S.İbadullayeva qonağa institutun alimləri tərəfindən tərtib olunan “Qarabağ florası” və “Azərbaycan florası” kitablarının ərsəyə gətirilməsi üçün aparılan tədqiqatlar haqqında ətraflı məlumat verib.

Simon Kellou institutun Toxum Bankının fəaliyyətlərini standartlara uyğunluq baxımından yerindəcə qiymətləndirib. Qiymətləndirmə prosesi toxumların toplanması, emalı, saxlanılması və sənədləşdirilməsi üzrə təqdim olunan işlər əsasında aparılıb. Mövcud imkanlar və ehtiyaclar müzakirə edilib, qarşılıqlı əməkdaşlığın inkişaf strategiyası müəyyənləşdirilib.

Qonaq, həmçinin institutun Herbari fondunda saxlanılan yerli və xarici floraya aid nümunələr, onların saxlanılma şəraiti ilə yaxından tanış olub.

Səfərin nəticəsi olaraq MTB tərəfindən yekun hesabat hazırlanacaq və həm məlumat bazası nəticələrinə, həm də yerində keçirilmiş müzakirələrə əsaslanaraq tövsiyələr Botanika İnstitutuna təqdim olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see368

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see345

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see333

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see291

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see277

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see255

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see247

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see243

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see243

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see239

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see230

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see228

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see222

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see214

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see214

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see213

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see195

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see194

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see192

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri