Tramp mesaj göndərdi: Ukraynaya hərbi yardımı dayandırın
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrini Ukraynaya maliyyə və hərbi yardımı davam etdirdiklərinə görə tənqid edib və bu dəstəyin dayandırılmasının vacibliyini bildirib.
Sherg.az xəbər verir ki, bu barədə “Politico” və “Welt” nəşrlərinə istinadən “Komsomolskaya Pravda” yazıb.
Məlumata görə, Tramp Çindən ABŞ-a qayıdarkən prezident təyyarəsinin göyərtəsindən Berlində keçirilən “Könüllülər koalisiyası”nın toplantısına telefonla qoşulub. O, Avropa liderlərinə Ukraynaya yeni maliyyə və hərbi yardım paketləri ayırmağı dayandırmaq çağırışı edib.
Toplantıda Almaniya kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Endi Börnham və Ukrayna Prezidenti Volodimir Zelenski iştirak ediblər. Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də Berlində olub.
Merts Şençjendə ABŞ, Rusiya və Çin liderləri arasında keçirilən üçtərəfli görüşü “Yalta formatı” ilə müqayisə edib və bunun sülh gətirəcəyinə şübhə ilə yanaşıb. O, Avropanın Kiyevə lazım olduğu qədər dəstək verəcəyini bildirib. Kansler qonaqlara Berlin divarının parçalarını hədiyyə etdiklərini də qeyd edib.
Fransa Prezidenti Emmanuel Makron isə Ukraynanın danışıqlarda mövqeyinin gücləndirilməsi üçün ona hər cür dəstəyin göstərilməli olduğunu vurğulayıb. O, həmçinin Ukraynanın NATO-ya üzvlüyü məsələsinin müzakirəyə çıxarılmasını istəyib.
Nəşrin yazdığına görə, Cared Kuşner bu məsələyə münasibət bildirərkən münaqişə başa çatdıqdan sonra Avropanın təhlükəsizlik sisteminin qurulmasında Rusiya–NATO Şurasının mühüm rol oynaya biləcəyini deyib.
Fransa lideri qarşıdakı həftələrin Ukrayna üçün həlledici olacağını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 19 Noyabr 2026 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















