Icma.az
close
up
RU
Minimum əməkhaqqı 150 manat ARTDI Bəs ərzaq qiymətləri?

Minimum əməkhaqqı 150 manat ARTDI Bəs ərzaq qiymətləri?

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Avropada minimum əməkhaqqının ərzaq səbətinə nə qədər yetməsi ilə bağlı müqayisələr aparılıb və maraqlıdır ki, çoxunun Almaniya, Böyük Britaniya kimi gözlədiyi siyahıya Serbiya rəhbərlik edib. Son beş ildə ölkədə minimum əməkhaqqının qida səbəti qarşısındakı alıcılıq qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığı bildirilir.
Nəzərə alsaq ki, bu beşillikdə Azərbaycanda da minimum əməkhaqqı artdığına görə, ehtimal edə bilərik ki, bu pulla səbət evə boş qayıtmaz.
Elə isə artırılmış minimum əməkhaqqı marketlərdəki bahalaşmanı nə qədər kompensasiya edə bilib?
Azərbaycanda 2021-ci ildə minimum əməkhaqqı 250 manat idi. Hazırda isə bu göstərici 400 manatdır. Yəni minimum əməkhaqqı 150 manat artıb. Lakin maaşın artması avtomatik olaraq alıcılıq qabiliyyətinin eyni nisbətdə yüksəlməsi demək deyil. Unutmayaq ki, həmin dövrdə ərzaq və digər gündəlik tələbat mallarının qiymətləri indiki ilə müqayisədə aşağı olub.
Bəs 2021-ci ilin 100 manatlıq səbəti bu gün neçəyə başa gəlir?
Başqa sözlə, 2021-ci ildə 100 manata başa gələn eyni qida səbətinin bugünkü qiyməti təxminən 150-160 manat aralığına yüksəlir. Bu o deməkdir ki, beş il ərzində həmin səbətin qiyməti də təxminən 50-60 faiz artıb.
 

Yəni maaş 60 faiz artsa da, qida səbətinin qiymətindəki artımı nəzərə aldıqda minimum əməkhaqqının qida alıcılıq qabiliyyətindəki dəyişiklik çox böyük deyil. Daha doğrusu, son beş ildə maaş artımının əhəmiyyətli hissəsi bahalaşmanı kompensasiya etməyə gedib.


Nəzərə alsaq ki, yaşayış minimumu yalnız ərzaqdan ibarət deyil. Minimum istehlak səbətinə ərzaqla yanaşı geyim, ayaqqabı, kommunal, nəqliyyat, rabitə, səhiyyə və digər xidmətlər də daxildir. O zaman 400 manatlıq minimum əməkhaqqı bir insanın və ya ailənin aylıq ehtiyaclarını nə dərəcədə qarşılaması sual altına düşür.
Şəfiqə Şəfa, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Oktyabr 2026 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see349

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see293

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see292

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see279

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see270

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see267

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see256

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see255

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see245

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see235

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see233

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see229

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see228

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see228

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see226

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see210

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see203

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see200

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see192

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri