Icma.az
close
up
RU
Minimum əməkhaqqı və pensiya qaldırılacaq İkirəqəmli artımın olması təklif edilir

Minimum əməkhaqqı və pensiya qaldırılacaq İkirəqəmli artımın olması təklif edilir

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq aidiyyəti üzrə təqdim etməsi tapşırılmışdı. Məlum olduğu kimi, artıq bu müddət başa çatıb. 

Bəs görəsən, minimum əməkhaqqı nə qədər artırıla bilər?

İqtisadçı deputat Vüqar Bayramov "Unikal"a açıqlamasında bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatlarda noyabrın 1-dək təkliflərin digər müvafiq dövlət qurumlarına təqdim ediləcəyi bildirilmişdi. Onun sözlərinə görə, təkliflər maliyyə əsaslandırılması üçün profil qurumlara təqdim olunub:

"2025-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub və bu məsələnin də müzakirə olunacağı gözlənilir. Profil qurumlarla razılaşdırıldıqdan sonra bu məsələ müzakirə ediləcək. O zaman minimum əməkhaqqı və minimum pensiyanın nə qədər artacağı bəlli olacaq. Biz fiskal imkanlar daxilində daha çox artımların həyata keçirilməsini təklif edirik. Xüsusilə, 2023-2024-cü illərdə qeydə alınan inflyasiya səviyyəsinin nəzər alınmasını və ikirəqəmli əməkhaqqı, pensiya artımının həyata keçirilməsini təklif edirik. Bəlli olan odur ki, büdcə layihəsi sənədində sosial təminat və müdafiə xərclərinin 14 faiz artırılması nəzərdə tutulub. Gələn il bu istiqamətdə 5 milyard manata yaxın vəsaitin ayrılması həyata keçiriləcək. Həmçinin, büdcə xərclərinin 45 faizə yaxını sosial xərclər olacaq. Minimum əməkhaqqı və minimum pensiyadakı artım faziləri büdcə müzakirələri zamanı bəlli olacaq".

Qeyd edək ki, sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın yenə də artırılacağı barədə göstəriş verdiyini deyib.

Anar Kəlbiyev
 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 Noyabr 2024 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see216

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see187

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see126

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri