Icma.az
close
up
RU
Minimum əməkhaqqında mühüm dəyişiklik Bundan sonra…

Minimum əməkhaqqında mühüm dəyişiklik Bundan sonra…

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Əmək münasibətlərində sosial təminat anlayışının əsas sütunlarından biri olan minimum əməkhaqqı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycanda sosial-iqtisadi siyasətin yeni mərhələyə keçdiyini göstərir.

Ölkə.Az xəbər verir ki, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsinə dəyişikliklər minimum əməkhaqqına yanaşmanı sadəcə texniki göstərici çərçivəsindən çıxararaq, onu daha geniş iqtisadi və sosial meyarlarla bağlı kompleks anlayış kimi formalaşdırır. Əvvəllər minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ kimi qəbul olunurdu və bu anlayış daha çox formal xarakter daşıyırdı.

Yeni dəyişiklik isə minimum əməkhaqqını ölkənin ümumi iqtisadi vəziyyəti, sosial reallıqları və əhalinin rifah səviyyəsi ilə birbaşa əlaqələndirir.

Qanuna əsasən, minimum əməkhaqqı artıq təkcə ixtisassız əməyə görə ödənilən ən aşağı məbləğ kimi yox, ölkədə iqtisadi inkişafın tələbləri, əmək məhsuldarlığı, aylıq orta əməkhaqqı, pul vahidinin alıcılıq qabiliyyəti, sosial müavinətlərin məbləği, əsas sosial-demoqrafik qruplar üzrə yaşayış minimumu səviyyəsi, məşğulluq səviyyəsinin yüksəldilməsi və saxlanılması kimi amillər nəzərə alınmaqla müəyyən edilən sosial normativ hesab ediləcək. Bu yanaşma minimum əməkhaqqını real yaşayış şəraiti ilə daha sıx bağlayır və onun sırf rəsmi göstərici kimi yox, sosial müdafiə aləti kimi rolunu gücləndirir.

Mövzu ilə bağlı nocomment.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənovun sözlərinə görə, bu dəyişiklik minimum əməkhaqqının müəyyən edilməsində daha çevik və rasional mexanizmin formalaşmasına imkan yaradır.

Onun fikrincə, indiyədək minimum əməkhaqqı çox zaman bazardakı real qiymət artımlarını və əhalinin gündəlik xərclərini tam əks etdirmirdi:

“Yeni yanaşma minimum əməkhaqqını makroiqtisadi göstəricilərlə əlaqələndirir. Pul vahidinin alıcılıq qabiliyyəti və yaşayış minimumu kimi faktorların nəzərə alınması o deməkdir ki, bu göstərici artıq real həyatla daha uyğun olacaq. Bu, xüsusilə aşağıgəlirli ailələr üçün vacibdir”.

Ekspert vurğulayıb ki, minimum əməkhaqqının aylıq orta əməkhaqqı və əmək məhsuldarlığı ilə uzlaşdırılması həm işçilər, həm də işəgötürənlər üçün balans yaradır:

“Əgər minimum əməkhaqqı iqtisadi artım və məhsuldarlıqdan kənar şəkildə artırılarsa, bu, biznes üçün əlavə yük yarada bilər. Amma yeni qanun bu riski nəzərə alır və artımların iqtisadi əsaslarla aparılmasını nəzərdə tutur. Bu isə uzunmüddətli perspektivdə məşğulluğun qorunmasına xidmət edir. Sosial müavinətlərin məbləğinin və məşğulluq səviyyəsinin də minimum əməkhaqqının müəyyən edilməsində nəzərə alınması sosial siyasətin daha koordinasiyalı aparılmasına imkan verəcək. Minimum əməkhaqqı ilə sosial müavinətlər arasında ciddi fərq olduqda əmək bazarında motivasiya zəifləyir. Yeni yanaşma bu balansı qorumağa kömək edəcək və insanları əmək fəaliyyətinə daha çox cəlb edəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Yanvar 2026 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri