Icma.az
close
up
RU
Minimum pensiya məbləği nə qədər olacaq?

Minimum pensiya məbləği nə qədər olacaq?

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

“Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2025-ci ilin Dövlət Büdcəsi layihəsi" birinci oxunuşda müzakirə edildi. Mətbuatda ən çox yer alan məsələlərdən biri də Hesablama Palatasının təqdim etdiyi rəydə “2025-cü il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin (280 manat) minimum əmək haqqı məbləğinə (400 manat) nisbətinin 70% olacağının nəzərdə tutulmasının” qeyd edilməsidir”.

Hurriyyet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

Deputat qeyd edib  ki, bu gün Milli Məclisdə keçirilən müzakirələrdə bu məsələ ilə bağlı müvafiq qurum tərəfindən izahat verilməsini istəyib və yaxın günlərdə rəsmi əsaslandırmanın təqdim olunmasını güman edir:

“Qeyd edim ki, palata bu məsələdə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına” istinad edib. Bununla yanaşı, cənab Prezident həm minimum əmək haqqı, həm də minimum pensiyanın artırılması barədə göstəriş verib və profil nazirliklər tərəfindən də bu istiqamətlərdə işlər həyata keçirilməkdədir.

Bu məsələ ilə bağlı mətbuat tərəfindən çoxlu suallar ünvanlandığını nəzərə alaraq qeyd etmək istədim ki, həm minimum əmək haqqı, həm də minimum pensiya məbləğləri cənab Prezidentin imzaladığı fərmanlar ilə artırılır. Yəni, hər hansı strateji sənədlərdə minimum əmək haqqı və minimum pensiya məbləğləri proqnozlaşdırılsa da qərarlar dövlət başçısı tərəfindən qəbul olunur. Deməli, həm minimum əmək haqqı, həm də minimum pensiya ilə bağlı konkret məbləğlər sənədlər imzalananda bəlli olacaq. Strategiyaya istinad heç də konkret məbləğlər anlamına gələ bilməz.

Qeyd edim ki, Milli Məclisdə keçirilən iclasda bildirdim ki, “minimum pensiya və minimum əməkhaqqının artırılması ilə bağlı göstəriş var. Buna uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkliflərin hazırlanması həyata keçirilib. Sualım bundan ibarətdir ki, Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə göstərişlər olduğu halda rəydə Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına istinad nə dərəcədə doğrudur? Əgər istinad olunursa, orada dövlət başçısı tərəfindən göstərişin olmasının qeyd olunmasına ehtiyac var idi ki, bu mətbuatda fərqli yanaşmaların olmasına gətirib çıxarmasın”, - deyə V.Bayramov bildirib.

Qafqazinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Noyabr 2024 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see248

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see211

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see210

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see185

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see145

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see144

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see140

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see138

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see137

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see128

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see128

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see127

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see126

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see125

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see124

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see122

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see121

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see121

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see121

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri