Icma.az
close
up
RU
Minimum pensiya məbləği nə qədər olacaq?

Minimum pensiya məbləği nə qədər olacaq?

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

"Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2025-ci ilin Dövlət Büdcəsi layihəsi" birinci oxunuşda müzakirə edildi. Mətbuatda ən çox yer alan məsələlərdən biri də Hesablama Palatasının təqdim etdiyi rəydə "2025-cü il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin (280 manat) minimum əmək haqqı məbləğinə (400 manat) nisbətinin 70% olacağının nəzərdə tutulmasının” qeyd edilməsidir”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

Deputat qeyd edib  ki, bu gün Milli Məclisdə keçirilən müzakirələrdə bu məsələ ilə bağlı müvafiq qurum tərəfindən izahat verilməsini istəyib və yaxın günlərdə rəsmi əsaslandırmanın təqdim olunmasını güman edir:


"Qeyd edim ki, palata bu məsələdə "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına” istinad edib. Bununla yanaşı, cənab Prezident həm minimum əmək haqqı, həm də minimum pensiyanın artırılması barədə göstəriş verib və profil nazirliklər tərəfindən də bu istiqamətlərdə işlər həyata keçirilməkdədir.

Bu məsələ ilə bağlı mətbuat tərəfindən çoxlu suallar ünvanlandığını nəzərə alaraq qeyd etmək istədim ki, həm minimum əmək haqqı, həm də minimum pensiya məbləğləri cənab Prezidentin imzaladığı fərmanlar ilə artırılır. Yəni, hər hansı strateji sənədlərdə minimum əmək haqqı və minimum pensiya məbləğləri proqnozlaşdırılsa da qərarlar dövlət başçısı tərəfindən qəbul olunur. Deməli, həm minimum əmək haqqı, həm də minimum pensiya ilə bağlı konkret məbləğlər sənədlər imzalananda bəlli olacaq. Strategiyaya istinad heç də konkret məbləğlər anlamına gələ bilməz.

Milli Məclisdə keçirilən iclasda bildirdim ki, "minimum pensiya və minimum əməkhaqqının artırılması ilə bağlı göstəriş var. Buna uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkliflərin hazırlanması həyata keçirilib. Sualım bundan ibarətdir ki, Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə göstərişlər olduğu halda rəydə Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına istinad nə dərəcədə doğrudur? Əgər istinad olunursa, orada dövlət başçısı tərəfindən göstərişin olmasının qeyd olunmasına ehtiyac var idi ki, bu mətbuatda fərqli yanaşmaların olmasına gətirib çıxarmasın”, - deyə V.Bayramov bildirib.

Qeyd edək ki, hazırda Azərbaycanda minimum pensiya məbləği 280 manatdır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Noyabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri