Icma.az
close
up
RU
Minlikdəki 6 universitetimiz Davamı olacaqmı?

Minlikdəki 6 universitetimiz Davamı olacaqmı?

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın altı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı universitetləri siyahısında yer alması rəsmi dairələr tərəfindən uğur kimi təqdim olunur. Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, bu universitetlər dünyanın tanınmış 1000 ali məktəbi sırasında yer alıb. Siyahıya Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti və Xəzər Universiteti daxildir.

Baxmayaraq ki, bu xəbər pozitiv qarşılanır, məsələyə tənqidi yanaşmalar da mövcuddur. İlk olaraq diqqət çəkən suallardan biri budur: niyə məhz altı universitet? Bu, ölkənin potensialı üçün azdırmı, çoxdurmu? Bəziləri hesab edir ki, regionda və dünya üzrə digər ölkələrlə müqayisədə bu say kifayət qədər deyil.  Məsələn, əhalisi və təhsil imkanları oxşar olan bəzi ölkələrdə reytinqlərdə yer alan universitetlərin sayı onlarla ölçülür. Belə olan halda Azərbaycanın yalnız altı universitetlə təmsil olunması bu sahədə hələ ciddi işlərin görülməsinə ehtiyac olduğunu göstərir.

Hazırda dünyada bir neçə nüfuzlu reytinq sistemi var: QS, Times Higher Education, Shanghai reytinqi və s. Hər birinin öz metodologiyası var və onlar universitetlərin elmi-tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlıqları, müəllim-tələbə nisbəti, məqalələrin sitat göstəriciləri kimi müxtəlif meyarlarla qiymətləndirilir. Əgər bu universitetlər yalnız texniki meyarlara cavab verdiklərinə görə siyahıya daxil ediliblərsə, bu, hələ onların dünya səviyyəli universitet olduqlarını göstərmir.

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı "Yeni Müsavat"a fikrini bölüşüb: "Azərbaycan ali təhsil sisteminin beynəlxalq reytinqlərdə görünməsi ölkənin elm və təhsil siyasətində son illərdə atılan addımların nəticəsi kimi təhlil olunmalıdır. QS World University Rankings 2026 nəticələrinə əsasən, Azərbaycanın 6 universiteti ilk dəfə olaraq dünyanın ən yaxşı 1000 universiteti sırasına daxil olub. Bu fakt təsadüfi deyil, çünki "Təhsil haqqında" Qanunun 14.1-ci maddəsində göstərildiyi kimi, ali təhsilin əsas məqsədi beynəlxalq rəqabətə davamlı kadr hazırlamaqdır. Həmçinin Nazirlər Kabinetinin 348 nömrəli qərarında ali təhsil müəssisələrinin beynəlxalq akkreditasiyadan keçməsi və qlobal reytinqlərdə iştirakının stimullaşdırılması xüsusi qeyd olunur. Belə bir vəziyyətdə 6 universitetin birgə uğuru təhsil siyasətinin istiqamətini təsdiqləyir və Azərbaycanın elm potensialının tanınmasına xidmət edir.

Statistik göstəricilərə nəzər saldıqda, bu nəticə regional liderlik baxımından da əhəmiyyətlidir. Gürcüstandan yalnız Tbilisi Dövlət Universiteti və bir neçə özəl ali məktəb reytinqin müxtəlif pillələrində yer alıb, Ermənistandan əsasən Yerevan Dövlət Universiteti ön plana çıxır. Azərbaycan isə 6 ali məktəbi ilə Cənubi Qafqazda daha geniş təmsil olunma şansı əldə edib. Türkiyə ilə müqayisədə say baxımından geri qalırıq, çünki orada 30-dan çox universitet TOP-1000 siyahısına düşüb, onlardan bəziləri ilk 200-lükdədir. İran isə 20-dən çox universitetlə bu siyahıda yer alır. Bununla belə, ölkəmizin ali təhsil müəssisələrinin ümumi sayını nəzərə alsaq, 6 universitetin TOP-1000-də görünməsi böyük nisbidir və inkişaf üçün başlanğıc nöqtəsi sayılır".

Kamran Əsədova görə, müsbət tərəf ondan ibarətdir ki, bu reytinqdə yer almaq universitetlərin beynəlxalq əməkdaşlıq imkanlarını artırır: "Xarici tələbələrin cəlb olunmasına və akademik reputasiyanın yüksəlməsinə şərait yaradır. "Elm haqqında" qanunda göstərildiyi kimi, elmi fəaliyyətin nəticələri beynəlxalq səviyyədə tanındıqda ölkənin innovasiya potensialı da güclənir. Bu mənada Elm və Təhsil Nazirliyinin ali təhsil müəssisələrini beynəlxalq arenaya çıxarmaq istiqamətindəki siyasəti təqdir olunmalıdır. Bu addımlar həm də Azərbaycanın beynəlxalq imicinə xidmət edir və dövlətin sosial-iqtisadi inkişaf strategiyasında "bilgi əsaslı iqtisadiyyat" hədəfinə yaxınlaşmağa imkan yaradır. Mənfi tərəflər də mövcuddur. Reytinqə daxil olan universitetlərin əksəriyyəti 801-1000 aralığında yerləşir, yəni hələ ki, ön sıralarda təmsil olunmur. Elmi məqalələrin sayının və onların nüfuzlu jurnallarda sitat göstəricilərinin azlığı, xarici professorların və tələbələrin payının aşağı olması bu nəticələri məhdudlaşdırır. 

Dünya təcrübəsi göstərir ki, reytinqdə yüksəlmək üçün davamlı islahatlar tələb olunur. Finlandiya, Sinqapur, Cənubi Koreya kimi ölkələrdə universitetlərin keyfiyyət artımı dövlət proqramları ilə dəstəklənir, amma onların idarəetməsində ciddi muxtariyyət qorunur. Türkiyədə YÖK-ün müəyyən etdiyi strategiya çərçivəsində ali məktəblər beynəlxalq reytinqlərdə məqsədli şəkildə irəli çəkilir. Azərbaycanda isə Elm və Təhsil Nazirliyinin bu istiqamətdə başlatdığı siyasət müsbət olsa da, universitetlərə daha çox müstəqillik verilməsi, beynəlxalq qrantlara çıxış imkanlarının artırılması və müəllimlərin elmi fəaliyyətinə stimul mexanizmlərinin gücləndirilməsi lazımdır".

Ekspert hesab edir ki, 6 universitetin TOP-1000-ə daxil olması Azərbaycanın ali təhsil tarixində dönüş nöqtəsidir. 

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 Sentyabr 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see226

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see225

Kadir İnanır vəfat etdi

26 İyun 2026 19:30see211

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see206

"Özəl klinikaları zəiflətmək Azərbaycan səhiyyəsinə zərbədir" Tanınmış cərrah VİDEO

26 İyun 2026 15:13see200

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see193

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see191

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see190

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see189

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see188

Araz dəhlizi nə vaxt açılacaq? “2 il yarım qalıb”

26 İyun 2026 16:03see186

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see184

Sosial mediada yayılan maqnezium spreyi trendi Ekspert xəbərdarlığı

26 İyun 2026 23:05see175

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see172

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see170

Özbəkistanda keçirilən Muğam Sənəti Festivalında Azərbaycandan gələn hər iki qrup ayrılıqda birinci mükafata layiq görülüblər

27 İyun 2026 00:20see169

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

27 İyun 2026 00:48see166

Azərbaycan: Xalq ordu dövlət birliyinin ən yaxşı nümunəsi

26 İyun 2026 11:42see163

NIPT testi: Körpənin genetik sağlamlığını qiymətləndirən müasir analiz

26 İyun 2026 22:43see161

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri