Icma.az
close
up
RU
Avropa filmləri başdan ayağa məgər 18+ dan ibarət deyil? Məhsəti filmi festivala buraxılmalıdır

Avropa filmləri başdan ayağa məgər 18+ dan ibarət deyil? Məhsəti filmi festivala buraxılmalıdır

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Şərq, o cümlədən türk və Azərbaycan ədəbiyyatında qadın şairlər, yazıçılar qədimdən çox az olub. Ola bilər ki, bu, dini baxışların bədii söz sənətimizə, poeziyamıza təsirindən qaynaqlanır. Ya da milli mental dəyərlərimizdə "evdə sözü kişi deyər" düşüncəsindən irəli gəlir. Hətta Şərq ədəbiyyatının ən gözəl nümunələrini yaradanlar da kişilərdir. Qadın peyğəmbər olmadığı kimi, qadın şairlərin, yazıçıların olması da mübahisəlidir. "Məhsəti" filmində də rejissor və ssenarist məhz bunu göstərməyə çalışıb. Əslində filmdə yenilik yoxdur. Ciddi tədqiqatçılar, ədəbiyyatşünaslar bunu yazmasalar da, öz aralarında çoxdan deyirdilər ki, Məhsəti Gəncəvi imzası mübahisəli imzadır. Birdən-birə Məhsəti Gəncəvi Gəncədən oyandı və belə gözəl əsərlər yazdı. Onun kiçik həcmli poetik nümunələrindən başqa poetik nümunələrinin olmaması da mübahisələri bir az da qızışdırdı”.

Hurriyyet.Az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, dünya ədəbiyyatında hətta Şekspir haqqında da müəyyən söz-söhbətlər yayılır: “İngilis ədəbiyyatçıları, ingilis dilinin inkişafında maraqlı olan şəxslər bəzən Şekspirin qadın olduğunu, bir neçə nəfərin yazısının Şekspir imzası altında yayıldığını, bəzən onun sarayda nazir, hətta cinsi azlığın nümayəndəsi olduğunu iddia edirdilər. O cümlədən Məhsəti Gəncəvi haqqında Azərbaycan ədəbiyyatında eyni fikir yoxdur. Mən də düşünürəm ki, həmin vaxt kişilərin yaratdıqları güclü ədəbiyyat var idi. Nizami Gəncəvi, Xaqani Şirvani, Ömər Xəyyam, Füzuli, Nəsimi və digərlərini götürək. Şərq ədəbiyyatında elə də ciddi qadın şair, yaradıcı olmayıb. Məhsəti Gəncəvi haqqında bu şayiələri bir filmdə obrazla ifadə edərək, həm də onun əsərlərindən çıxış edərək vermək bir qədər qəribə səslənsə də, Məhsəti Gəncəvi yaradıcılığına yeni bir qayıdışa, onun ətrafında yeni mübahisələrə səbəb oldu. Ümumiyyətlə, Azərbaycan poeziyasını, düşüncəsini dünyaya çıxarmaq baxımından Məhsəti Gəncəvi mövzusu çox maraqlı mövzudur. Baxın, Türkiyədə Mövlana Rumi haqqında nələr danışırlar. Şəms Təbrizi ilə arasında olan dostluq münasibətlərindən tutmuş ta Şəms Təbrizinin Rumiyə bəslədiyi ilahi eşqinə görə öldürülməsinə qədər... Təbrizinin Ruminin oğlu tərəfindən öldürülməsinə qədər çoxlu rəvayətlər var. Bu, Ruminin həm türklərin, həm də dünya ədəbiyyatında piar edilməsinə böyük xidmət edib. Məhsəti Gəncəviyə bu baxış bucağından baxmaq heç də qəribə səslənməməlidir. Əslində, onun əsərləri yaşadığı dövr üçün mümkün olmayan açıq-saçıqlıqlarla həmişə tədqiqatçıları heyrətləndirib. Sovet dövründə Məhsəti Gəncəvi yaradıcılığı ətrafında aparılan araşdırmalar, onun əsərlərinin çap edilməsi, hətta Məhsəti Gəncəvi imzası altında digər kişilərin də rübailərinin, şeirlərinin verilməsi həmişə mübahisəli olub. İndiyə qədər də ədəbiyyatçılar, kulturoloqlar, nəzəriyyəçilər arasında çox qızğın mübahisələrə aparıb çıxarır. Qazanan isə Azərbaycan oxucusu, poeziyası, humanitar-estetik düşüncəsi olur. Bu baxımdan, "Məhsəti" filminin qadına aid edilməsini başa düşə bilmədim. Sovet dövrü deyil ki, hansısa müəllifin əsərlərini hansısa fikirlərinə görə qadağa edək. Ümumiyyətlə, milli-mental dəyər nədir? Ədəbiyyatda estetika yox, etika önəmlidir. Ədəbiyyat "ədəb" sözündən götürülüb, yoxsa hər hansı fərdin, şairin düşüncə, həyat tərzini özündə ehtiva edən əsərlərin külliyatıdır? Bütün bu mübahisələr çox güclüdür. Mədəniyyət Nazirliyinin və Kino Agentliyinin İctimai Şurasının üzvləri seçilən zaman demişdim ki, burada elə insanlar var, onların Şuraya salınması düzgün deyil. Kimlərsə il ərzində dörd-səkkiz min manat almaq xatirinə "yuxarıdan" gələn, Nazirliyin hansısa məmuru bəyənmədi deyə, yaxud müəllifin atası vaxtilə nazir işləyib, indi ona qarşı kampaniya aparmaq lazımdır deyə müəllifi vururlar ki, bu nə filmdir. Onda dünya ədəbiyyatının, kinosunun müəlliflərinin doxsan faizini qadağan etməlisiniz. Son illər dünyada çəkilən filmlərə - Kanada, Avropa, hətta Türkiyə, Çin rejissorlarının çəkdiyi filmlərə baxın. Avropa filmləri başdan ayağa məgər "18+"dan ibarət deyil? Onda gəlin onları da qadağan edək. İnternetdə erotik və pornoqrafik saytlar da çoxdur. Hətta indi bizə sırınan əsərlərin arasında müsbət və mənfi tərəfləri ilə bağlı polemikaya yol açan film varsa, bunu mütləq göstərmək, ən azı mütəxəssislərin iştirakı ilə festivallara buraxmaq lazımdır. Onsuz da film festivalları kütləvi deyil, müəllif filmlərinin göstərildiyi məkandır. Festivallar daha çox müəllif filmlərini, kinoda azadlıq və fikir plüralizmini inkişaf etdirmək, müdafiə etdirmək üçündür. İranda Pənahinin bir neçə filmi qadağan edildi, amma Kan Festivalında belə qalib gəldi. Biz "Məhsəti" filmini qadağan etməklə bir növ öz mədəniyyətimiz üzərində senzorumuzu nümayiş etdiririk. "Məhsəti" filmini qadağan edəcəyik, amma Avropa festival filmi kimi ona mükafat verməyə, Suad Qaranı festivallara dəvət etməyə başlayacaq. Bundan istifadə edib Azərbaycana qarşı siyasi, iqtisadi, sosial, mədəni tələblər qoyacaqlar. Onsuz da dünyada mürəkkəb proseslər gedir. Niyə özümüz özümüzə problem yaradırıq ki? XI-XII əsrdə baş verən hansısa hadisə, yaxud şair haqqında elə bir film ortaya qoymaq lazımdır ki, yalnız Azərbaycanın kəndli düşüncəsində qalmış insanlar, dar düşüncəli məmur, tədqiqatçı üçün yox, həm də dünya tamaşaçısı üçün maraqlı olsun. "Məhsəti" filminin elə də ziyanlı film olduğunu düşünmürəm. Konfliktli tərəflər varsa, konfliktlərini özləri həll etsinlər. Bu davanı sənət əsərinin üzərinə niyə çəkirlər? Filmə çoxları baxmayıb. Fikir söyləyənlərin 90 faizinin filmdə nədən söhbət getdiyindən xəbəri yoxdur. Onlardan Məhsəti Gəncəvi barədə soruşsanız, bir misrasını belə deyə bilməzlər. Kitabı dəfələrlə latın dilinə çap olunub, heç bir əsərini oxumayıblar. İndi isə bizə estetikanın, kinonun nə olduğunu öyrətməyə çalışırlar. Nə düşünürlər, mən bilmirəm. "Məhsəti" filmi qadağan olunsa, internetdə, sosial şəbəkələrdə ən çox baxılan filmə çevriləcək. Bəlkə, doğrudan da, çox ziyanlı əsərdir, amma baxmamış kim danışa bilər? Bu mənada ehtiyatlı olmalıyıq. Düşünürəm, "Məhsəti" filmi barədə qərar dəyişdirilməli, film festivala buraxılmalıdır. Bəlkə, festival ictimaiyyəti və tanınmış sahə mütəxəssisləri qərarı daha dəqiqləşdirdilər, filmin doğrudan da Azərbaycanda göstərilməsini qadağan etdilər? İstənilən halda qadağan olunmasını istəməzdim, çünki incəsənət azadlıq, sərbəstlik tələb edir".

Share

Tweet

Email

Share

Share

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Dekabr 2025 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri