Icma.az
close
up
RU
Minsk qrupunu diriltmək mümkün olacaqmı? (ŞƏRH)

Minsk qrupunu diriltmək mümkün olacaqmı? (ŞƏRH)

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Artıq ATƏT-in Minsk qrupunun buraxılması üçün hüquqi və siyasi baxımdan tam münbit şərait yetişib. Belə ki, vaxtilə onun yaradılmasına razılıq verən tərəflər, həm Azərbaycan, həm də Ermənistanın son bəyanatlarından belə çıxır ki, İrəvanın özü də belə bir quruma ehtiyac olmadığı qənaətinə gəlib. Bu addımın atılmasının vacibliyini Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib. 

Rəsmi Bakı bəyan edib ki, Ermənistanla uzunmüddətli sülhün yaranması üçün şərtlərdən biri ATƏT-in Minsk qrupunun buraxılmasıdır. Əvvəllər bu təkliflə yalnız Bakı çıxış edirdi. Amma indi görünən odur ki, İrəvan ilk dövrdə bu təklifi qəbul etməsə də, artıq belə görünür, o da məsələyə müsbət cavab vermək niyyətindədir. Belə ki, keçən həftə Ermənistan baş naziri Nikol Paşinyan Minsk qrupunun buraxılması ideyasını konstruktiv ideya kimi dəyərləndirib:

"Biz bu mövqeyi başa düşürük, əgər münaqişə yoxdursa, o zaman münaqişənin həlli ilə məşğul olan formatın olmasının nə mənası var".

Bu açıqlamadan da göründüyü kimi, artıq hər iki tərəf Minsk qrupunun buraxılmasını istəyir. Deməli, yarandığı gündən üzərinə düşən vəzifənin öhdəsindən gələ bilməyən və artıq münaqişənin bitməsi fonunda prosesi tənzimləməyi öhdəsinə götürən belə bir qurumun mövcudluğuna ehtiyac qalmayıb. Belə bir şəraitdə Minsk qrupunun mövcudluğu tamamilə yersizdir. Belə olan halda onun saxlamasında maraqlı olan xarici qüvvələr aydın məsələdir ki, sadəcə olaraq, tərəflərə təsir etmək, bölgədə öz mövqelərini qorumaq üçün ATƏT-in Minsk qrupundan bərk-bərk yapışıblar. 

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Minsk qrupunun buraxılmalı olduğuna işarə vurub. O bildirib ki, Minsk  konfransının bütün strukturları-Minsk qrupu, yüksək səviyyəli planlama qrupu, ATƏT-in Qarabağ konflikti üzrə fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəliyi də buraxılmalıdır. Zaxarova qeyd edib ki, bu istiqamətdə qərarın verilməsi üçün də ən optimal variant Bakı və İrəvanın bu institutların ləğvi ilə bağlı birgə təkliflə çıxış etmələridir. 

Rusiya XİN-in sözçüsü onu da vurğulayıb ki, belə olarsa, tezliklə ATƏT-in Minsk qrupu hüquqi baxımdan tarixin arxivinə gedəcək. Zaxarovanın da qeyd etdiyi kimi, Minsk qrupunun hüquqi baxımdan ləğvi üçün hər iki tərəf birgə təkliflə çıxış etməlidir. Ancaq Ermənsitanın bu gün bir, sabah  başqa fikirdə olduğunu, habelə xaricdəki hamilərinin göstərişi olmadan hərəkət edə bilmədiyini nəzərə alsaq, Paşinyanın indiki halda Minsk qrupunun ləğvini vacib saysa da, sonrakı mərhələdə əks fikrə düşməyəcəyinə heç kim zəmanət verə bilməz. 

Onu da qeyd edək ki, Rusiyanın Minsk qrupunun ləğvində maraqlı olması isə heç də Moskvanın Azərbaycan və Ermənistana olan qayğısından irəli gəlmir. Əksinə, Rusiya bilir ki, ATƏT-in Minsk qrupu ABŞ və Fransanın bölgədə mövcud olmalarına imkan verən  variantlardan biridir. Kreml isə  Qərbin digər MDB məkanları kimi, Cənubi Qafqazda olmasını da həzm edə bilmir.  

Zaxarovanın timsalında Rusiya XİN-in ATƏT-in Minsk qrupu ilə bağlı dedikləri də məhz Qərbi bölgədən çıxarmaq niyyətindən qaynaqlanır, nəinki region ölkələrinə rəğbət bəsləməsindən... 

Rüfət Sultan


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Dekabr 2024 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see882

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see321

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see313

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see306

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see293

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see269

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see256

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see223

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see220

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see203

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see203

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see200

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see199

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see199

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see198

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see193

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see186

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see184

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri