Icma.az
close
up
RU
Avrasiyada yeni təhlükəsizlik sistemi yaratmaq mümkün olacaqmı? (ŞƏRH)

Avrasiyada yeni təhlükəsizlik sistemi yaratmaq mümkün olacaqmı? (ŞƏRH)

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

"Rusiya bu gün Ukraynada işğalçılıqla məşğuldur. Bu baxımdan, Avrasiyada yeni təhlükəsizlik sistemini praktikada, fəaliyyətdə, əməli olaraq yerinə yetirmək lazımdır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Şanxay Əməkdaşlıq Təşkilatı, xüsusən də ora üzv aparıcı ölkələrin Avrasiyada yeni təhlükəsizlik sistemini formalaşdırmaq niyyətlərini şərh edərkən deyib. 

"Qlobal təhlükəsizliyin bir hissəsi kimi Avrasiyanın təhlükəsizliyi aparıcı element olaraq düşünülür. Belə bir deyim var - Avrasiyada kim hökmranlıq edərsə, o dünyanı da idarə edəcək", deyə ekspert bildirib. 


Politoloq qeyd edib ki, Avrasiya çox önəmli geostrateji mövqeyə malikdir:

"Digər tərəfdən, intibah dövrü tədricən Qərbdən yenidən Şərqə yönəlir. Bu  baxımdan, Avrasiyanın təhlükəsizliyi də təmin olunmalıdır ki, qlobal təhlükəsizliyə ciddi töhfə verilsin. Avrasiyada sülh, əməkdaşlıq, ticarət bərqərar olarsa, bu, bütün dünyaya sirayət edəcək. Çünki ümumdaxili məhsulun böyük əksəriyyəti məhz bu coğrafi məkana aiddir".

"ŞƏT-in Avrasiyada yeni təhlükəsizlik sistemi yaratmaq ideyası o zaman real olacaq ki, Avrasiyada təhlükəsizliyə töhfə verəcək dövlətlər həqiqətən də yürütdükləri siyasətdə səmimi olsunlar. Rusiya bu gün Ukraynada işğalçılıqla məşğuldur. Bu baxımdan, Avrasiyada yeni təhlükəsizlik sistemini praktikada, fəaliyyətdə, əməli olaraq yerinə yetirmək lazımdır. Avrasiyada sülh istəyən dövlət Ukraynada sülhün bünövrəsini qoymaq üçün atəşkəsə razı olmalıdır. Amma Rusiya buna getmir", deyə politoloq qeyd edib.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən sammiti fonunda təşkilata üzv dövlətlər tərəfindən Avrasiyada yeni təhlükəsizlik sisteminin formalaşdırılmasının vacibliyi önə çəkilir. 2001-ci ildə əsası qoyulan ŞƏT son 25 ildə öz mövqeyinin müəyyən dərəcədə də olsa möhkəmlənməsinə nail olub. Artıq bu təşkilat regional təşəbbüsdən Avrasiya diplomatiyasının konturlarını müəyyən edən əsas beynəlxalq platformalardan birinə çevrilib. Bunun nəticəsidir ki, ŞƏT indi də Avrasiya məkanında yeni təhlükəsizlik sisteminin formalaşdırılması vacibliyini önə çəkir. Amma Avropa İttifaqı, ABŞ kimi nəhənglərin qarşısında bunu həyata keçirmək ŞƏT üçün heç də asan olmayacaq. 

Rüfət Sultan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Sentyabr 2025 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri