Icma.az
close
up
RU
Minsk qrupunun arxivə getmək zamanıdır AÇIQLAMA

Minsk qrupunun arxivə getmək zamanıdır AÇIQLAMA

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ATƏT-in baş katibi Feridun Kadıoğlunu qəbul etməsi, Azərbaycanın bu təşkilatla münasibətlərinin gələcək trayektoriyasını müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır".

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.

Həmsöhbətimizə görə, görüş zamanı təşkilatın ölkəmizdəki fəaliyyəti və Avropaya inteqrasiya məsələləri müzakirə olunsa da, əsas diqqət çəkən məqam ATƏT-in Minsk qrupu ilə bağlı məsələlər oldu. Bu, Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri kimi qalır:

"Prezident İlham Əliyev dəfələrlə Minsk qrupunun və ona bağlı strukturların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycan öz siyasi iradəsi və hərbi gücü sayəsində keçmiş Qarabağ münaqişəsini uğurla həll edib. Hazırda Ermənistanla normallaşma prosesində hər hansı vasitəçilik missiyasına ehtiyac qalmayıb. Bu reallıq fonunda Minsk qrupunun mövcudluğu artıq funksional və hüquqi əsasını itirib".

Günay Ağamalı, Milli Məclisin deputatı

Deputat qeyd edib ki, bununla belə, Ermənistan və bəzi Avropa ölkələrinin Minsk qrupunun fəaliyyətini davam etdirməkdə maraqlı olması diqqətdən yayınmamalıdır. Bu maraqlar, əslində, geosiyasi manipulyasiya aləti kimi Azərbaycanın əleyhinə təzyiq mexanizmləri formalaşdırmaq və köhnə formatlara qayıtmaq cəhdləridir:

"Obrazlı şəkildə desək, ATƏT-in Minsk qrupu müasir tarixdə ən uğursuz diplomatik strukturlardan biri olmuşdur. 30 il ərzində münaqişəyə vasitəçilik görüntüsü yaratsa da, əslində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini ört-basdır edən bir vasitəyə çevrilmişdi. Bu gün isə keçmiş həmsədrlərdən biri olan Fransa açıq şəkildə Azərbaycana qarşı qərəzli kampaniyalar həyata keçirir ki, bu da Minsk qrupunun obyektiv vasitəçilik funksiyasını tamamilə mümkünsüz edir".

Son olaraq G.Ağamalı diqqətə çatdırıb ki, mövcud geosiyasi reallıqlar və regionda yaranmış yeni təhlükəsizlik arxitekturası fonunda Minsk qrupuna ehtiyac yoxdur. Bu struktur artıq tarixi missiyasını yerinə yetirə bilmədiyindən, arxivə getməsinin zamanı çoxdan çatıb.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Aprel 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri