Icma.az
close
up
RU
Qarabağ reallıqları və Minsk Qrupunun gələcəyi: Yenilənmə zamanıdır

Qarabağ reallıqları və Minsk Qrupunun gələcəyi: Yenilənmə zamanıdır

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Respublikası Baş nazirinin cari ilin 8 avqustunda Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair imzaladıqları Birgə Bəyannamədə ən mühüm müddəalardan biri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və ona bağlı strukturların ləğvinə həsr olunmuşdur.

Ümumiyyətlə, fəaliyyət qabiliyyəti olmayan təsisatın tarixi ATƏT-in Xarici İşlər nazirləri Şurasının Finlandiyanın paytaxtı Helsinki şəhərində 24 mart 1992-ci ildə keçirilən iclasından başlayır. Həmin iclasda Qarabağ münaqişəsinin tənzimlənməsinə həsr ediləcək Minsk konfransının keçirilməsi üçün danışıqları təşkil etmək məqsədi ilə vasitəçilələr qrupunun formalaşdırılması haqqında qərar qəbul edildi, 1994-cü il dekabrın 5-də isə həmsədrlik institutu təsis edildi. Yarandığı müddət ərzində Minsk qrupu tərəfindən faktiki olaraq heç bir əməli fəaliyyət nümayiş etdirilmədi və bu təsisatın əsas səyləri Azərbaycanın milli maraqlarına cavab verməyən status kvonun saxlanılmasına hesablanmış idi. Minsk qrupunun həmsədrlərinin münaqişənin nizamlanması üçün dəfələrlə israrla vurğuladıqları “qarşılıqlı kompromislər” heç bir halda qəbul edilə bilməzdi. Azərbaycan Respublikasının siyasi rəhbərliyinin qəti mövqeyi ondan ibarət idi ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi müzakirə predmeti deyil və lazım gələrsə beynəlxalq hüquqa uyğun olaraq hərbi yolla bərpa ediləcəkdir.
ATƏT-in Minsk qrupunun fəaliyyət qabiliyyətsizliyi 14 mart 2008-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlanan 62/243 saylı qətnamənin qəbul edilməsi prosesində özünü əyani formada biruzə vermişdir.

Həmçinin oxuyun:

Yekun sülh üçün əsas şərt – Ermənistan konstitusiyası…

Baxmayaraq ki, BMT-nin Qarabağla əlaqədar qəbul etdiyi dörd qətnamədə birmənalı olaraq, ölkəmizin suverenliyi və ərazi bütövlüyü təsdiq edilirdi, digər tərəfdən beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazilərin əldə edilməsi üçün güc tətbiqinin yolverilməzliyi vurğulanırdı. Baş Assambleyada 62/243 saylı qətnamənin qəbulu zamanı Minsk qrupunun həmsədr dövlətlərinin təmsilçiləri bu mühüm sənədin əleyhinə səs vermişlər. Qətnamədə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsinə rəğmən, həmsədrlər növbəti dəfə beynəlxalq hüquqa etinasız münasibət nümayiş etdirdilər və mahiyyət etibarı ilə Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırılmasını nümayiş etdirdilər.

Dövlətimizin döyüş meydanında BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etməsi, ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpa olunması bir daha təsdiq etdi ki, heç bir vasitəçinin yaxud qurumun fəaliyyətinə ehtiyac qalmamışdır. Həmçinin nəzərə almaq lazımdır ki, hər üç həmsədr Minsk prosesinə xitam verilməsinə bir mənalı münasibət nümayiş etmişlər. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Birgə Bəyannaməyə imza atması, Rusiya Federasiyasının Xarici İşlər nazirliyinin Minsk qrupunun artıq aktuallığının itirilməsi və buraxılmasının zəruriliyini qeyd etməsi, Fransa XİN-in cari ilin 9 avqust tarixində yaydığı bəyanatda ATƏT-in Minsk qrupunun strukturlarının buraxılması ilə bağlı tərəflərin birgə çağırışının dəstəklədiyinin bildirməsi bunun əyani təsdiqidir. Artıq Minsk qrupunun buraxılması və onun fəaliyyətinə xitam verilməsi sadəcə texniki proses müstəvisinə keçmişdir.

Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Avqust 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see232

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see197

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see188

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see163

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see152

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see145

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see143

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see139

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see136

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see135

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see133

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see131

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri