Icma.az
close
up
RU
Minsk qrupunun yolu ilə getmək istəyənlərin nəzərinə

Minsk qrupunun yolu ilə getmək istəyənlərin nəzərinə

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Torpaqlarımız işğal altında olandan 2025-ci ilə kimi Azərbaycan Avropa İttifaqının bir sıra strukturları ilə sözün həqiqi mənasında siyasi mübarizə aparıb. Bu mübarizənin mərkəzində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının “Minsk qrupu” adlanan struktur bölməsi dayanıb. Bu qrup yaradılanda ilk vaxtlar Azərbaycan cəmiyyətinə belə bir fikir hakim idi ki, inkişaf etmiş, daim demokratiya və haqq-ədalətdən danışan dövlətlərin nümayəndələrini birləşdirən bu struktur Qarabağın işğalı ilə bağlı baş vermiş tarixi ədalətsizliyin aradan qaldırılması üçün çalışacaq. Axı, “kor kor, gör gör” aydın məsələ idi ki, torpaq qədimdə də, indi də Azərbaycana məxsusdur. Bunu minlərlə tarixi faktlar sübut edirdi. Amma çox tezliklə məlum oldu ki, bu qrupu yaratmaqda məqsəd əslində Qarabağın ermənilərə verilməsini təsbit etməkdir. 

Uzun illər ərzində ATƏT-in Minsk qrupu adlanan bu süni qurum guya Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi yolunda vasitəçilik missiyasını yerinə yetirib. Amma onun əsl siması bəlli olandan sonra  onun işinə olan ümidlər zəiflədi və məhv olub getdi. Çox keçmədi ki, Azərbaycan tərəfi Minsk qrupunun fəaliyyətsizlini və ya birtərəfli fəaliyyətini kəskin tənqid etməyə başladı. Həqiqətən MQ bir vasitəçi kimi heç nəyə nail ola bilmədi, yox, əgər özümüzü məcbur edib qrupun hansısa işindən danışmaq istəsək, yalnız mənfi anlamda deyə bilərik ki, o, münaqişənin həll variantının tapılmasında vaxtın uzanmasına xidmət etdi. Bu isə təcavüzkara haqq qazandırmaq demək idi. 

Prezident İlham Əliyev işğaldan azad edilmiş Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən əhali ilə görüşündə deyib: “İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi. Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi. Birincisi, o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr. Hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil – onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı”.

Ancaq Azərbaycan diplomatiyasının qətiyyətli və kəskin siyasəti dünyada Qarabağ münaqişəsi haqda həqiqətin qəbul edilməsini şərtləndirdi. Vəziyyət get-gedə həqiqətə doğru irəliləməyə başladı. Minsk Qrupunun həmsədrləri təlaşa düşdülər. Çünki, Azərbaycan ildən-ilə dünyada mövqeyini möhkəmləndirir, iqtisadi gücünü artırır, güclü ordu quruculuğu ilə məşğul olur, eyni zamanda Cənubi Qafqaz regionunda gözü olanlarla əməkdaşlığı intensivləşdirirdi. Dövlət başçısı enerji resurslarının qarşılıqlı fayda əsasında əməkdaşlıq yolu ilə paylanmasını elə strateji məcrada həll edirdi ki, Avropanın inkişaf etmiş ölkələri istər-istəməz Azərbaycana ehtiyac duyurdular. Təbii ki, bu münasibətlər siyasi masada da fayda verirdi. Azərbaycanın dostları, tərəfdarları getdikcə artırdı. Nəticə etibarı ilə Minsk qrupu Azərbaycanın xeyirxahlığı və müsbət istiqamətli siyasəti ilə ayaqlaşa bilmirdi. 

Avropa İttifaqının mərkəzi dövləti olan Fransa eyni zamanda regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri idi. Emmanuel Makron birinci dəfə prezident seçiləndə həmsədr ölkənin yeni rəhbərinə Azərbaycan Prezidenti bildirmişdi ki,  münaqişə ancaq beynəlxalq hüququn normalarına uyğun və  Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Düşünürdük ki, Makron Fransanın işgüzar gəncliyini təmsil edir, nisbətən həqiqətpərəst siyasət yürüdər. Yəni, Makronun Jak Şirak, Nikola Sarkozi, Fransua Olland kimi ermənilər qarşısında hər hansı öhdəliyi yoxdur. Lakin bunun müqabilində nə gördük? Makron hamıdan pis mövqe sərgilədi. Həmsədrlər və onların təmsil etdikləri dövlətlərin rəhbərləri Azərbaycana təlqin etməyə çalışırdılar ki, “daha iş işdən keçib, ermənilərlə sülh bağlayın, müharibə bitsin, insanlar dinc dövrə qayıtsınlar, həyat axarına düşsün” və s. Bəs, hansı şərtlər daxilində? Təbii ki, işğal edilmiş torpaqların ermənilərdə qalması şərtilə. Onlarda belə bir fikir formalaşmışdı ki, Azərbaycan müharibəyə başlasa mütləq məğlub olacaq. 

Tarix elminin belə bir tezisi var: “Bu günün tarixi sabah yazılır”. Yəni, baş verən hadislərin nəticələri heç də düşünülən kimi olmur, onu qiymətləndirmək üçün nəticəyə baxıb fikir yürütmək olar. Bununla da tarix formalaşır. Bu gün biz böyük fəxrlə deyirik ki, Azərbaycan diplomatiyası, heç şübhəsiz bu diplomatiyanın baş memarı cənab İlham Əliyev uzun, çətin və mürəkkəb siyasi gedişlərində heç vaxt səhvə yol verməyib. Şər yuvası olan ATƏT-in Minsk qrupunu və onun yolu ilə gedən beynəlxalq strukturları vaxtında yerində oturdub, planlı və qətiyyətli, tarixi faktlar və beynəlxalq hüquqa əsaslanan siyasətlə onlara qalib gəlib. 

44 günlük müharibə siyasi mübarizənin silahlı mübarizəyə keçməsinin kulminasiya nöqtəsi oldu. Azərbaycan zəfər çaldı, torpaqlarımız işğaldan azad oldu. Baş vermiş real faktlarla razılaşmaq əvəzinə Minsk qrupu öz saxta sülhpərvər fəaliyyətindən əl çəkmək istəmirdi. Müharibədən sonra Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Baptist Lömoyn Azərbaycana səfər etməklə iflic olmuş Minsk qrupunun ikili standartlarını dirçəltmək cəhdində bulundu. Halbuki bu səfərdən əvvəl Prezident İlham Əliyev həmsədrlərin regiona gəlişinin arzuolunmaz olduğunu bildirmişdi. Buna baxmayaraq, J.B.Lömoyn sülhdən danışır, özünü elə göstərirdi ki,  sanki 10 noyabr 2020-ci il bəyanatını qəbul edir, əslində isə Xankəndidə yurd salmış separatçıların “dqr” (dağlıq Qarabağ respublikası) bayrağının əbədi dalğalanması üçün səy göstərirdi. Ancaq Azərbaycan 90-cı illərin əvvəlindəki respublika deyildi, 21 əsrin güclü orduya malik, Cənubi Qafqazın lider dövləti idi. Dövlətimiz, xalqımız 2023-cü ildə qondarma ölkə separatçılarını xüsusi hərbi əməliyyat sayəsində həbs etməklə ölkəmizin ərazi bütövlüyünü tam təmin etdi. Bütün dünya bu faktı gördü və təsdiqlədi. Amma ATƏT-in Minsk qrupu yenə də “özünü korluğa” vurdu. Azərbaycan əleyhinə fəaliyyətini davam etdirdi. Nəhayət, 2025-ci ildə düşmən də başa düşdü ki, daha Azərbaycanın əleyhinə getməyin faydası yoxdur, Beləliklə, Azərbaycanın və Ermənistanın müraciəti əsasında Minsk qrupu tarixin “zibilliyinə” atıldı.  30 noyabr 2025-ci il saat 23:59-da Minsk prosesi və strukturları (o cümlədən şəxsi nümayəndə və planlaşdırma qrupu) tam dayandırıldı. 

Qərəzli Minsk qrupu səhifəsini çətinliklə olsa da qapatdıq. Bu gün bəziləri yenidən “Minsk qrupu” ənənəsini bərpa etməyə cəhd göstərir. Onlara Minsk qrupunun keçdiyi şərəfsiz yolu bir daha xatırlatdıq ki, özlərini boş xülyalarla aldatmasınlar.

Akif Nağı,

Azad Vətən Partiyasının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 May 2026 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri