Icma.az
close
up
RU
ATƏT in Minsk Qrupunun tarixin arxivinə göndərilməsi artıq təsdiqlənir AÇIQLAMA

ATƏT in Minsk Qrupunun tarixin arxivinə göndərilməsi artıq təsdiqlənir AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Bu gün Bakı vaxtı ilə gecə saatlarında Vaşinqtonda Azərbaycan liderinin iştirakı ilə çox önəmli tarixi görüş keçiriləcək. ABŞ və Ermənistan, Azərbaycan  rəhbərlərinin həm ikitərəfli, həm də üçtərəfli görüşləri baş tutacaq. Bu, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi nəticənin bütün dünyaya məhz Vaşinqtondan  dünyanın siyasi mərkəzindən elan edilməsi və Azərbaycanın qələbəsinin bir daha bəyan olunması baxımından çox tarixi hadisədir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev ABŞ-də keçiriləcək tarixi görüşdən danışarkən bildirdi.

"Digər önəmli məqam budur ki, 100 il əvvəl Azərbaycan Naxçıvan bölgəsindən, yəni tarixi torpaqlarımızdan, Zəngəzurun Ermənistana verilməsi ilə aralı düşmüşdü. İndi isə ilk dəfə olaraq, Azərbaycan Naxçıvanla birbaşa quru torpaqlarla, quru ərazilərlə birləşmək şansını əldə edir və bunu Azərbaycan Prezidenti İlham Əliyev həyata keçirdi. 100 ildən sonra biz yenidən Naxçıvanla birləşirik. Zəngəzur dəhlizinin müxtəlif adları ola bilər, “Trump yolu” və ya başqa, ancaq dəhlizin mahiyyəti dəyişmir. Əsas məsələ odur ki, biz tarixi torpaqlarımıza birbaşa Zəngəzurdan keçməklə qovuşuruq".

Deputat qeyd etdi ki, bu, Azərbaycanın ən önəmli diplomatik qələbəsidir.

"Azərbaycanın təşəbbüsü və təkidi ilə Ermənistan ATƏT-in Minsk qrupu prosesindən çıxmaq haqqında sənəd imzalayacaq. Bu, münaqişənin və onun dırnaqarası vasitəçilik funksiyasının tarixə qovuşmasının göstəricisidir. Bunu Azərbaycan prezidenti bacardı. Dövlətimiz və xalqımız üçün xeyirli, uğurlu olsun.

Vacib məqamlardan biri də sülh müqaviləsinə doğru atılan addımların gücləndirilməsidir. Mətbuatda yayılan məlumatlara görə, sülh istiqamətində birgə bəyanat, birgə deklarasiya hazırlanır. Bu sənəd, Azərbaycan və Ermənistan arasında sülh istiqamətində irəliləmənin göstəricisidir. Həmçinin, sülh müqaviləsinin paraflanması nəzərdə tutulur, bu da yekun sülh müqaviləsinin imzalanmasına aparan vacib mərhələdir. Baş verən bu prosesləri Azərbaycanın tarixi uğuru və qələbəsi kimi qiymətləndiririk. Bütün dünya da bunu qəbul edir".

Müsahibimizin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh istiqamətində atılan addımlar, Azərbaycanın əsas tələbindən Zəngəzur üzərindən Naxçıvana çıxışın təmin olunması və ATƏT-in Minsk Qrupunun tarixin arxivinə göndərilməsi artıq təsdiqlənir.

"Ən önəmlisi isə Cənubi Qafqazda yeni regional konfiqurasiyada Azərbaycanın liderliyi və Azərbaycan liderinin xüsusi rolu təsdiqlənir. Bu, üçtərəfli görüşdə və sənədlərdə öz əksini tapır. Bu, bizim üçün tarixi fürsət və böyük qələbədir.

Son 200-300 ilin tarixinə baxsaq, heç vaxt bugünkü kimi güclü, öz siyasətini yeritməyi bacaran, sözünü deyib, həyata keçirən liderimiz olmamışdır. Cənab Prezidentin rəhbərliyi altında biz bunu etdik, edirik və bacardıq", - deyə Tural Gəncəliyev vurğuladı.

Xədicə BAXIŞLI
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Avqust 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri