Minskdə “RT.Doc: Qəhrəmanlarımızın vaxtı” festivalı keçiriləcək
Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.
Minskdə ilk dəfə olaraq “RT.Doc: Qəhrəmanlarımızın vaxtı” beynəlxalq sənədli filmlər festivalı təşkil olunacaq.
Doğru.az xəbər verir ki, tədbir sentyabrın 26-dan 27-dək Belarus Milli Kitabxanasında baş tutacaq. Tamaşaçılar Donbassdakı vəziyyət və xüsusi hərbi əməliyyat mövzularını əhatə edən altı sənədli filmi izləyəcəklər.
Festival çərçivəsində “Rus qışının poeziyası” kolleksiyası Belarus Milli Kitabxanasına təqdim olunacaq və daha sonra ölkənin bütün kitabxanalarına paylanacaq. Açılış mərasimində şairlər Aleksandr Antipov və Dinara Kərimova çıxış edəcəklər.
Proqram RT-nin “Donbass. Səs hüququ olmadan” filminin premyerası ilə başlayacaq. Ekran əsərində qəhrəmanlar Donbassdan reportaj hazırlayan, lakin Avropada fəaliyyəti qadağan edilən jurnalistlərdir.
Festival Minskdəki Rus Evinin dəstəyi ilə keçirilir.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 16 Sentyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















