Icma.az
close
up
RU
MİQ imtahanına qatılmayan hər kəsi məsuliyyətsiz adlandırmaq doğru olmaz Sona Əliyeva

MİQ imtahanına qatılmayan hər kəsi məsuliyyətsiz adlandırmaq doğru olmaz Sona Əliyeva

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, hər il 60 min nəfər müəllimlərin işə qəbulu (MİQ) imtahanına müraciət edir, lakin onlardan 48 mini imtahana gəlir. Onun sözlərinə görə, bu proses əlavə xərc tələb edir və imtahanın təşkili ucuz başa gəlmir. Nazir qeyd edib ki, imtahanın ödənişli olması müzakirə olunur, lakin məqsəd pul toplamaq deyil, məsuliyyət hissi yaratmaqdır. Şəhid ailələri, sosial yardım alanlar və digər həssas qruplar üçün imtahan ödənişsiz olacaq.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Sona Əliyeva bildirdi ki, məsələni yalnız maliyyə prizmasından yox, həm də sosial ədalət və müəllimlərin üzləşdiyi reallıqlar baxımından da dəyərləndirmək lazımdır.

"Dünyanın əksər ölkələrində müəllimlərin işə qəbul imtahanları ödənişlidir. Türkiyədə KPSS, ABŞ-də Praxis imtahanları, Avropanın bir çox ölkələrində dövlət qulluğu və müəllim seçimi imtahanları üçün ödəniş tələb olunur. Məqsəd yalnız təşkilati xərcləri qarşılamaq deyil, həm də iştirakçılarda məsuliyyət hissini gücləndirməkdir. Azərbaycan da bu modeli tətbiq edərkən sosial ədalət prinsiplərinə riayət etməyə çalışır. Nazirliyin açıqlamasına görə, şəhid ailələri, sosial yardım alanlar və həssas qruplar üçün imtahan pulsuz olacaq ki, bu da müsbət addımdır".

Ekspert qeyd etdi ki, diqqətə alınmalı ən mühüm məqamlardan biri də müəllim namizədlərinin sosial vəziyyətidir:

"MİQ imtahanına qatılanların böyük əksəriyyəti gənclərdir, yeni məzunlardır. Onlar həm hazırlıq kurslarına, həm test materiallarına, həm də gündəlik xərclərə kifayət qədər vəsait ayırırlar. Bu səbəbdən əlavə ödəniş onların üzərinə yeni maliyyə yükü qoymamalıdır. Bundan başqa, imtahana qatılmayan hər kəsi məsuliyyətsiz adlandırmaq doğru olmaz. Regionlardan Bakıya gəlmək üçün yol və şəhərdə qalmaq xərcləri, ailə vəziyyəti və ya başqa sosial səbəblər buna təsir edə bilər. Dövlət bu reallığı nəzərə almalı, məsuliyyət mexanizmləri tətbiq edilərkən müəllimlərin maraqlarını da qorumalıdır".

Müsahibimizin fikrincə, ödəniş tətbiq ediləcəksə, başlanğıcda bu, çox simvolik məbləğ olmalı, gənc müəllimlərin cibinə əlavə yük qoymamalıdır.

"Nəzərə almaq lazımdır ki, regiondan gələn müəllimlər üçün bu imtahan onsuz da kifayət qədər xərc tələb edir. Eyni zamanda bütün sosial həssas qruplar üçün ödənişsiz iştirak hüququ tam təmin edilməlidir.
Dövlət də öz növbəsində imtahanların təşkilində daha az xərcli və çevik mexanizmlərdən istifadə etməlidir. Gələcəyin təhsili məhz bu gənc müəllimlərin əllərində formalaşacaq. Ona görə də onların yolunu bağlamaq yox, əksinə, yolunu açmaq lazımdır", - deyə Sona Əliyeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Sentyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri