MİQ in müsahibə mərhələsindən neçə nəfər kəsilib? RƏSMİ AÇIQLAMA
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
2026-cı il üzrə MİQ-in müsahibə mərhələsindən keçə bilməyənlərin sayı açıqlanıb.
Bizim.Media-nın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, 2026-cı il üzrə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin müsahibə mərhələsinə ümumilikdə 5 027 namizəd dəvət olunub.
Məlumata görə, bu il müsahibə mərhələsində ümumilikdə 4 418 namizəd iştirak edib. Onlardan 205 nəfər isə uğursuz nəticə göstərib.
Qeyd edək ki, bu il 14-18 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. 35 imtahan mərkəzində baş tutmuş imtahanlarda ümumilikdə 33 mindən çox namizəd iştirak edib, davamiyyət göstəricisi 96 faiz təşkil edib.
Fəridə, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 18 Sentyabr 2026 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















