MİQ in nəticələri AÇIQLANDI
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
14-18 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. 35 imtahan mərkəzində baş tutmuş imtahanlarda ümumilikdə 33 mindən çox namizəd iştirak edib, davamiyyət göstəricisi 96 faiz təşkil edib.
Azərbaycan Respublikasının Təhsil İnstitutundan (ARTİ) Modern.az-a verilən məlumata görə, imtahanlar yekunlaşdıqdan sonra sualların məzmunu ilə bağlı daxil olan bütün müraciətlər aidiyyəti üzrə ekspertlər tərəfindən yenidən nəzərdən keçirilib və bəzi suallarda səhvlərin olduğu qeyd edilib.
"Biologiya fənni üzrə 1, coğrafiya fənni üzrə 1, rus dili və ədəbiyyatı fənni üzrə 1, kimya fənni üzrə Azərbaycan bölməsində 1, rus bölməsində 3, musiqi fənni üzrə rus bölməsində 1 test tapşırığı ilə bağlı qiymətləndirməyə təsir edən uyğunsuzluq müəyyən olunub. Qeyd edilən səhvlər nəzərə alındıqdan sonra həmin test tapşırıqları üzrə bal düzəlişləri müvafiq fənlər üzrə namizədlərin xeyrinə hesablanıb.
Yenilənmiş nəticələr artıq namizədlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər miq.edu.az saytında şəxsi kabinetlərinə daxil olaraq yenilənmiş nəticələrlə tanış ola bilərlər",- məlumatda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 01 Avqust 2026 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















