Icma.az
close
up
RU
MİQ və sertifikasiya imtahanlarına hazırlaşan müəllimlər üçün süni intellekt əsaslı platforma YARADILDI

MİQ və sertifikasiya imtahanlarına hazırlaşan müəllimlər üçün süni intellekt əsaslı platforma YARADILDI

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Təhsildə Araşdırma və İnkişaf Mərkəzi (TAİM) MİQ və sertifikasiya imtahanlarına hazırlaşan müəllimlər üçün süni intellekt əsaslı yeni tədris platformasını təqdim edib.
Redaktor.az
"Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, fevralın 1-də baş tutan təqdimat mərasimi Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimat mərasimində müəllimlər, təhsil mütəxəssisləri və layihə komandasının üzvləri iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən TAİM-in direktoru İlkin Həsənov müəllim hazırlığında süni intellektin tətbiqinin əhəmiyyətindən danışaraq bildirib ki, rəqəmsal texnologiyalar təhsil sahəsində keyfiyyətin yüksəldilməsi və müəllimlərin peşəkar inkişafının sürətləndirilməsi baxımından mühüm rol oynayır. Onun sözlərinə görə, TAİM uzun illərdir müəllimlərin peşəkar inkişafını dəstəkləyir və yeni platforma bu fəaliyyətin daha innovativ mərhələyə keçidini təmin edir.
Qeyd olunub ki, süni intellekt əsaslı platforma müəllimlərə fərdi öyrənmə tempinə uyğunlaşdırılmış, interaktiv və adaptiv tədris imkanları təqdim edir. Platformanın əsas üstünlüklərindən biri “Mr. Taim” adlı ağıllı çatbotdur. Bu sistem istifadəçilərin suallarını real vaxt rejimində cavablandırır, mövzuların mərhələli şəkildə mənimsənilməsinə kömək edir və müəllimlərin biliklərinin formativ qiymətləndirilməsini həyata keçirir.
İlkin Həsənovun təqdimatından sonra müəllimlərin sualları cavablandırılıb, onların təklif və rəyləri dinlənilib.
Tədbirdə çıxış edən "AZAITECH" şirkətinin həmtəsisçisi, IT üzrə mütəxəssis Üzeyir Süleymanov süni intellekt texnologiyalarının gündəlik həyatımıza təsirindən danışıb. O bildirib ki, müasir texnologiyalar təhsil, səhiyyə və iqtisadiyyat daxil olmaqla bir çox sahədə yeni imkanlar yaradır və bu texnologiyaların düzgün tətbiqi cəmiyyətin inkişafına mühüm töhfə verir.
Təqdimat zamanı TAİM-in yalnız imtahana hazırlıq mərkəzi olmadığı, eyni zamanda müəllimlərin peşəkar və şəxsi inkişafına töhfə verən platforma olduğu müəllim baxışı ilə təqdim edilib. Çıxışlarda vurğulanıb ki, bu kimi təşəbbüslər müəllimlərin müasir bilik və bacarıqlara yiyələnməsində mühüm rol oynayır.
Eyni zamanda “Mr. Taim” platformasının hazırlıq prosesinə təsiri tələbə baxışı ilə təqdim olunub. Qeyd edilib ki, süni intellekt əsaslı yanaşma istifadəçilərə fərdi öyrənmə imkanları yaradır, hazırlıq prosesini daha əlçatan və effektiv edir.
Tədbirdə iştirak edən əməkdar müəllim Asif Cahangirov da mövzu ilə bağlı fikirlərini bölüşərək süni intellekt texnologiyalarının təhsil sistemində tətbiqinin müəllim hazırlığında yeni imkanlar açdığını vurğulayıb.
Qeyd edək ki, TAİM-in süni intellekt əsaslı bu platforması müəllimlərin bilik səviyyəsini avtomatik analiz edir, fərdi tədris marşrutu qurur, sınaq imtahanları təşkil edir və “Mr. Taim” adlı ağıllı çatbot vasitəsilə real vaxtda dəstək göstərir. Platforma ilkin mərhələdə istifadəçilər üçün ödənişsiz sınaq müddəti təklif edir. Daha sonra isə minimal məbləğlə abunə olmaq mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Fevral 2026 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri