Icma.az
close
up
RU
“Miqrantlara qarşı sərtləşdirilmiş qaydalar gələcəkdə adekvat cavablara səbəb ola bilər” XƏYAL BƏŞİROV

“Miqrantlara qarşı sərtləşdirilmiş qaydalar gələcəkdə adekvat cavablara səbəb ola bilər” XƏYAL BƏŞİROV

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Miqrantların ölkədə qalma müddətinin məhdudlaşdırılması, məşğuliyyət sahələrinin məhdudlaşdırılması, sərhəddə giriş-çıxışın sərt nəzarətə alınması və digər məhdudiyyətlər hüquq və azadlıqlara zidd addımlardır”.

Bunu Gununsesi.info-ya danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov Rusiya tərəfindən miqrantlara tətbiq edilən sərtləşdirilmiş qanunlar, məhdudiyyətlər və onların yaratdığı hüquqi və sosial narahatlıqları şərh edərkən deyib:

“2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra, Rusiya tərəfindən “xüsusi əməliyyat” adlandırılan bu hərbi müdaxiləni qəbul etməyən dövlətlər və beynəlxalq hüquq subyektləri olduğu kimi, Rusiyada da buna qarşı çıxan insanlar oldu. Bu əks mövqedə olanlar arasında miqrantlar da var idi. Mənim fikrimcə, Rusiya dövləti bu etirazların və qarşı çıxışların cəmiyyət arasında geniş yayılmaması üçün müəyyən addımlar atdı.

Əvvəllər miqrantların ölkədə qalma müddəti məhdudlaşdırılmış, sonra bu müddət dəyişdirilərək artırılmış, məşğuliyyət növlərinə isə müəyyən məhdudiyyətlər qoyulmuşdur. Həmçinin, ölkəyə giriş-çıxış prosesi sərhəd xidmətində çalışan şəxslərin qərarına daha çox bağlı vəziyyətə gətirilmişdir ki, bu da hüquq və azadlıqlar baxımından problemli bir yanaşma idi”.

Politoloqun fikrincə ölkədə rəqəmsal nəzarətin genişləndirilməsi, maliyyə əməliyyatlarına məhdudiyyətlərin tətbiqi, təhsil və mədəni sahələrdə sərtləşdirmələr, məşğuliyyət sahələrində yeni qaydaların tətbiqi Rusiya dövlətinin imicinə mənfi təsir göstərir:

“Həmçinin ölkəyə səfər edən insanlar arasında ciddi narahatçılıq yaradır. Bundan başqa, miqrantlara qarşı sərtləşdirilmiş qaydalar tətbiq edilərkən, eyni zamanda onların hərbi xidmətə cəlb olunması və müharibədə iştirak etmələrinin tələb olunması bir-birinə zidd olan addımlardır. Belə bir vəziyyət miqrantlar arasında narahatlıq yaradır və onların dövlətə etibarını azaldır”.

Xəyal Bəşirovun sözlərinə görə, Rusiya tərəfindən atılan bu addımlar gələcəkdə miqrantların mənşəyi olan dövlətlərin də adekvat cavab tədbirləri görməsinə səbəb olacaq.

“Eyni zamanda, bu sərtləşdirmələr Rusiya vətəndaşlarına qarşı da məhdudiyyətlər və çətinliklər yaradacaq. Bu baxımdan, Rusiya dövləti gələcəkdə bu dəyişikliklərin nəticələrini nəzərə alaraq siyasətini yenidən nəzərdən keçirməli olacaq”-deyə o əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Sentyabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri