Icma.az
close
up
RU
Miqrantların qovulması gündəmdə: Moskva “silahını” işə salıb

Miqrantların qovulması gündəmdə: Moskva “silahını” işə salıb

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Deputat: “Rusiyada qanunsuz yaşayan vətəndaşlarımızın sayı məhduddur, onları qəbul etmək Azərbaycan üçün elə də problem deyil”

Ötən il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsinin raketlə vurulmasından sonra qəzaya uğraması hadisəsi Azərbaycan-Rusiya münasibətlərində soyuqluq yaradıb. Təyyarə insidenti ilə bağlı Azərbaycan tərəfi Rusiya qarşısında üç şərt qoyub: təyyarənin vurulmasına görə üzr istənilməsi, cinayətkarların cəzalandırılması və kompensasiya ödənilməsi. Rusiya tərəfi isə hər vəchlə təyyarənin raketlə vurulmasını boynuna götürmür, eyni zamanda, Bakının tələblərindən ikisini – günahkarların cəzalandırılmasını və kompensasiya tələbini yerinə yetirmir. Əvəzində Rusiya mediasında anti-Azərbaycan təbliğatı geniş vüsət alıb. Bu isə münasibətlərdə gərginliyi bir az da artırıb.

Bu gərginlik fonunda tərəflər bir-biri ilə bağlı addımlar atmaqdadırlar. Məsələn, fevralın 3-də Azərbaycan Rusiyaya Bakıda fəaliyyət göstərən “Rus Evi” barədə nota göndərib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Rusiyanın “Rossotrudniçestvo” agentliyinin Azərbaycan ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı yerli mətbuatın sualına cavabında deyib ki, “Azərbaycan Respublikası ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir”.

““Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib. Bununla, Azərbaycan tərəfinin ölkəmizdə “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək, Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir”, - XİN rəsmisi əlavə edib.

Rusiya tərəfi isə bu ölkədə yaşayan azərbaycanlı miqrantların qovulması ilə hədələyir. Rus mediasında azərbaycanlıların qovulmasına çağırışlar edilməkdədir. Əldə etdiyimiz məlumatlara görə, fevralın 5-dən etibarən Rusiyada işləyən azərbaycanlıların sənədlərinin yoxlanılması, miqrasiya sənədləri qaydasında olsa da, onlara qarşı xəbərdarlıqlar edilməsi, təzyiqlər göstərilməsi geniş vüsət alıb.

Proseslərlə bağlı AYNA-nın suallarını cavablandıran Milli Məclisin deputatı Rasim Musabəyov təyyarə qəzası ilə bağlı Rusiyanın lazımi addımlar atmaması münasibətləri gərginləşdirən faktordur:

- Hesab edirəm ki, Azərbaycan da, qarşı tərəf də hər şey barədə məlumatlıdır. Sadəcə Moskvanın şəraitə adekvat davranmaq əvəzinə, Azərbaycana yuxarıdan-aşağı baxmaq, faktları ört-basdır eləmək, etirafdan boyun qaçırmaq cəhdləri, təbii ki, ikitərəfli münasibətlərə mənfi təsir göstərməyə bilməzdi. Açığını deyim ki, “Rus Evi” ətrafında baş verənlər təyyarə qəzası ilə bilavasitə bağlı deyil. Bir müddət əvvəl oxşar problemlə bizim Moskvadakı Ümumrusiya Azərbaycanlıları Konqresi üzləşmişdi. O zaman müxtəlif bəhanələrlə Konqresin qeydiyyatı ləğv edilmiş, Bakının rəsmi müraciətlərinə müsbət cavab verilməmişdi. Bunun müqabilində Azərbaycan da həmin “Rus Evi”ni qeydiyyata almadı. Sadəcə onun fəaliyyətinə əngəl törədilmir, bir növ göz yumulurdu.

Müqayisə üçün onu da deyim ki, Moskvadakı Azərbaycan Mədəniyyət Mərkəzinin cəmi iki əməkdaşı var. Amma “Rus Evi”ndə 20-dən çox insan çalışır və onlar müxtəlif fəaliyyətlə məşğul olurlar. Bu isə Azərbaycanın xüsusi xidmət orqanlarında müəyyən şübhələrin yaranmasına rəvac verdi. Azərbaycanda Rus Dram Teatrı, rusdilli media, telekanal var, 300-dən çox orta məktəbdə rus dili tədris olunur. O cümlədən Rusiyanın bir çox universitetlərinin filialları, özümüzün Slavyan Universiteti fəaliyyət göstərir. Yəni ki, burada rus mədəniyyətini təmsil edəcək hansısa “evə”, mərkəzə ehtiyac yoxdur.

- Yəni “Rus Evi”nin bağlanmasını doğru qərar sayırsınız...

- Əlbəttə, Azərbaycan hökumətinin “Rus Evi”nin fəaliyyətini dayandırması barədə qərarı tamamilə doğrudur. Əgər rəsmi Bakı milyardlarla büdcəyə malik USAİD-in fəaliyyətini dayandırırsa, “Rus Evi” də bu qəbildəndir.

Bilirsiniz, Azərbaycan Rusiya ilə münasibətlərini süni şəkildə korlamaqda maraqlı deyil. Əksinə, Rusiyada ölkəmizlə münasibətlərin normal məcrada davam etməsinə marağı olan dairələr mövcuddur. Onlar Azərbaycanla enerji daşıyıcıları sahəsində əməkdaşlığa ciddi əhəmiyyət verirlər. Bu əməkdaşlıq qarşılıqlı hörmət əsasında qurulmalıdır. Ümid edirəm ki, Kreml rəsmiləri baş verən son hadisələri götür-qoy edəcək və Azərbaycanla ikitərəfli münasibətlərə dürüst, obyektiv yanaşacaqlar.

- Amma Rusiyada azərbaycanlı miqrantların qovulması gündəmə gətirilib...

- Məsələ burasındadır ki, keçmiş postsovet ölkələri arasında Azərbaycan Rusiyaya heç zaman borclu qalmayıb. Hər şeyin haqqı ödənilib: silahdan tutmuş digər məhsullara görə. Əvvəllər Rusiyaya şəxsiyyət vəsiqəsi ilə gedilirdi. Moskva xarici pasport tələb edəndə birinci bu tələbi yerinə yetirdik. Demək istədiyim odur ki, azərbaycanlılar Rusiyanın qaydalarına əməl ediblər, bu gün də əməl edilir. Azərbaycan və azərbaycanlılar hər zaman Rusiyanın təzyiqlərinə hazır olub, indi də hazırdır. İndi miqrasiya ilə bağlı qanunları sərtləşdiriblər və bunu hər kəsə şamil edirlər. Ola bilsin ki, azərbaycanlılara qarşı münasibətdə bir qədər də sərt davranılır. Qanunsuz miqrantları ölkədən çıxaracaqlar, çıxarsınlar. Onsuz da Rusiyada azərbaycanlıların sayı digər ölkələrdən gedən miqrantların sayından çox deyil. Təxminən 600 min azərbaycanlının Rusiya vətəndaşlığı var ki, onlar bu dövlətin vətəndaşlarıdırlar, qanun sərtləşməsi onlara şamil olunmur. Rəsmi rəqəmlərə əsasən 500 min Azərbaycan vətəndaşı Rusiyada işləyir, miqrant kimi yaşayır. Bu say o qədər də çox deyil. Rusiyada qanunsuz yaşayan vətəndaşlarımızın sayı məhduddur, onları qəbul etmək Azərbaycan üçün elə də problem deyil. Yəni qanunsuz miqrantlar məsələsində Rusiyanın təzyiq rıçaqı böyük deyil. Eyni zamanda, bu, Rusiyanın özünə də ziyandır. Azərbaycanlılar da, elə digər ölkələrdən gedən miqrantlar da Rusiyanın əmək bazarında önəmli rol oynayır. Rusiya əmək bazarında problemlər yaratmaq niyyətindədirsə, buyursun. Miqrantlarla bağlı nə qanun qəbul edirlərsə, sərt tədbirlər görürlərsə, buna hüquqi baxımdan nəsə deyə bilmərik. Sadəcə yəqin ki, Azərbaycan da müəyyən addımları atacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:292
embedMənbə:https://ayna.az
archiveBu xəbər 10 Fevral 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri