Icma.az
close
up
RU
MİQRASİYA XİDMƏTİ DƏ SAHİBKAR “OVU”NA ÇIXIB Bu “tələyə” düşən sahibkarlar kütləvi şəkildə cərimələnir

MİQRASİYA XİDMƏTİ DƏ SAHİBKAR “OVU”NA ÇIXIB Bu “tələyə” düşən sahibkarlar kütləvi şəkildə cərimələnir

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlər Dövlət Miqrasiya Xidmətinin(DMX) yerli sahibkarları kütləvi şəkildə cərimələdiyinə dair məlumatlar və şikayətlər gəlməkdədir. 

Belə müraciətlər “AzPolitika”-ya da daxil olub.

Söhbət xüsusilə də kiçik sahibkarların – fiziki şəxslərin 3000 manatdan başlayan yüksək məbləğdə cərimələnməsindən gedir. MMC-lərdə bu məbləğ 15 min manatdan başlayır. Üstəlik, hər işçiyə görə də ayrılıqda 300-500 manat cərimə nəzərdə tutulur.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi olan şəxsləri işə götürən sahibkarların bir çoxu bunun üçün qanunla DMX-dən icazə almalı və rüsum ödəməli olduğunu, əks halda yüksək məbləğlərdə cərimələnəcəklərini bilmədikləri üçün bir növ Miqrasiya Xidməti ilə vergi orqanının birgə “tələsinə” düşürlər.

Belə ki, sahibkar Azərbaycanda yaşamaq icazəsi olan əcnəbi vətəndaşı (bunlar əsasən Gürcüstan vətəndaşı və icazə müddəti 5 ildən az olan, eləcə də Azərbaycan vətəndaşı ilə nikahı olmayan azərbaycanlılardır) vergi orqanının sistemində qanuni şəkildə elektron qeydiyyata qoyur, ona görə aylıq DSMF ödənişi edir. Bu zaman vergi orqanının elektron sistemi həmin sahibkara əcnəbi işçi ilə bağlı heç bir rədd cavabı vermir, sözügedən işçinin Miqrasiya Xidmətindən razılıq almalı və rüsum ödəməli olduğu barədə heç bir xəbərdarlıq etmir. Adi, kiçik sahibkar isə təbii ki, əksər hallarda hüquqşünas deyil və bütün qanunvericiliyi əzbər bilməyə bilər. Ona görə də işinə davam edir. Bundan istifadə edən DMX isə təbii ki, vergi orqanının sistemi vasitəsilə həmin sahibkarları müəyyən edərək, onları minimum 3000-4000 manat məbləğində cərimələyir. Hansı ki, sahibkarın gerçək məqsədi qanunu pozmaq, rüsumdan yayınmaq və s. olsaydı, həmin işçini heç vergi orqanının elektron sistemində də qeydiyyata qoymazdı.


Yəni, DMX və vergi orqanı öz məlumat bazalarını inteqrasiya etmək, yaxud hansısa başqa bir şəkildə əcnəbi vətəndaşı qeydiyyata qoymaq istəyən sahibkara xəbərdarlıq etmək, ya da DMX-nin icazəsi olmadan onun qeydiyyat müraciətlərini rədd etmək əvəzinə sahibkarın məlumatsızlığından istifadə edərək, böyük məbləğdə cərimələr yazır, “büdcə doldurur”.

DMX və vergi orqanı istəsəydi, bu halların qarşısını almaq üçün çoxdan öz elektron sistemində dəyişiklik edər, sahibkarı vaxtında məlumatlandırardı. Məlumatlara görə, artıq son bir neçə ayda 5 mindən artıq sahibkar bununla bağlı külli miqdarda cərimələnib. Hansı ki, dövlət orqanı ondan ötrüdür ki, belə hallarda vətəndaşı məlumatlandırsın, xəbərdarlıq etsin və sair. Ondan ötrü deyil ki, “tələ qurub” əlinə bəhanə düşən kimi sahibkarı cərimələsin.

Məsələn, məqsəd doğrudan da rüsum toplamaqdırsa, olmazmı ki, qanunu bilmədiyi üçün əcnəbi işçiyə görə icazə almayan və rüsum ödəməyən sahibkar əvvəlcə DMX tərəfindən məlumatlandırılsın, ona icazə və rüsum ödənişi üçün 3 gün-5 gün vaxt qoyulsun? Və yalnız bu müddətdə dövlət orqanının tələbini yetirmədiyi halda cərimələnsin.

Təbii ki, məqsəd doğrudan da bu sahədə qayda-qanun yaratmaq, büdcəyə qanuni rüsum ödənişini artırmaq olsaydı, DMX çoxdan vergi orqanı ilə birgə elə sistem yaradardılar ki, sahibkar bu cür acınacaqlı vəziyyətə düşməsin, vaxtında xəbərdar edilsin, rüsumunu ödəsin və öz işi ilə məşğul olsun. Görünür, məqsəd başqadır – zatən müxtəlif dövlət qurumlarının, yüksək vergilərin, yoxlamaların, inhisarçılığın və s. məngənəsində boğulan kiçik sahibkarı bir də bu yolla boğmaqla, cərimələməklə büdcə doldurmaq, sonra da rəhbərlik qarşısında təmtəraqlı raportlar verməkdir. ”Canı çıxan” isə yenə binəva kiçik sahibkardır…

C.Məmmədli

“AzPolitika.info” 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 İyun 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see268

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see243

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see160

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see151

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see136

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see124

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri