Icma.az
close
up
RU
Mirabdulla, Abdukodir və Juninyo...

Mirabdulla, Abdukodir və Juninyo...

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Mirabdulla Abbasovu çoxdan unutmuşduq. 30 yaşı bu ilin aprelində tamam olacaq hücumçu bir vaxtlar Azərbaycan futbolunun gələcəyi hesab olunurdu, ona böyük ümidlər bəslənilirdi. Hətta "Neftçi”nin azarkeşləri qısa müddət milli komandaya rəhbərlik edən Qurban Qurbanovu qınayırdılar. İddia edirdilər ki, mütəxəssis "Neftçi”nin futbolçusuna qarşı haqsızlıq edir, onu milliyə çağırmır.

Mirabdullanın karyerasının parlaq dövrü çox qısa sürdü. Maddi və mənəvi mənada şöhrətin zirvəsinə çatdı, sürətlə zəngin oldu, azarkeşlər tərəfindən sevildi. Və həmin o zirvədə davam gətirə bilmədi. Enişi də elə yüksəlişi kimi sürətli oldu. Necə deyərlər, qısa müddətdə şöhrətin zirvəsinə necə sürətlə yüksəlmişdisə, həmin sürətlə də aşağıya doğru yuvarlandı. Deməli, o zirvədə tab gətirməyə nə psixoloji, nə də fiziki baxımdan hazır deyilmiş. Əvvəlcə "Neftçi”dəki yerini itirdi, ondan sonra da ümumiyyətlə, "kölgə”yə çəkildi. Bir ara səsi "Səbail”in düşərgəsindən gəlsə də, orda da özünü göstər bilmədi və unuduldu. 

Mirabdullanı ona görə xatırladım ki, onun yenidən "böyük futbol”a qayıtmağa çalışdığı barədə xəbər oxudum. "Dənizçilər”in baş məşqçisi Cavid Hüseynov xüsusiylə vurğulayıb ki, Abbasova görə çox da ziyana düşməyəcəklər, ona yenidən məşq etmək və futbola qayıtmaq üçün şans veriblər. Bəribaşdan qeyd edim ki, mən Mirabdullanın cəsarətini də, Cavid bəyin ona şans verməsini də alqışlayıram. Ümid edirəm ki, Abbasov bu şansdan yararlanacaq, "Səbail” onu yenidən Azərbaycan futboluna qazandıracaq.

Amma hər şey başqa cür də ola bilərdi. Mirabdulla Abbasov və Azərbaycan klubları futbola bir qədər peşəkar yanaşsaydılar, indi 30 yaşlı futbolçu futbola qayıtmaq barədə yox, karyerasını daha yaxşı şəkildə davam etdirmək barədə düşünərdi. Kim bilir, bəlkə də legioner həyatı yaşayardı, xaricdə klubunu dəyişərdi. Günah təkcə onda deyil. Mirabdulla Abbasov azərbaycanlı futbolçunun tipik obrazıdır. Çoxları onun kimi bu yollları keçir və bu yolu sona qədər gedə bilmir. Bir az şöhrət və pul qazanan kimi azərbaycanlı futbolçular özlərini "ulduz” hesab etməyə başlayırlar. Sonra da qazandıqları maddi və mənəvi sərvətləri bir-bir itirirlər. Ayılanda isə çox gec olur. 

Abdukodir Xusanov isə Özbəkistan futbolunun yetirməsidir, özbək futbolçuların tipik nümunəsidir. 20 yaşında Fransanın "Lans” klubunda çıxış edir. Artıq bir neçə daha tanınmış klubun maraq dairəsinə düşüb. Ona elçi düşənlər arasında "Mançester Siti” də var. İngiltərə çempionu dəyəri 12 milyon avro qiymətləndirilən mərkəz müdafiəçisini yaxından izləyir, onu transfer siyahısına salıb. Bizim futbolçular nəinki "Mançester Siti”nin maraq dairəsinə düşməyi bacarmır, heç "Lans” səviyyəsində bir kluba qədər gedib çıxmırlar. Onlar heç Biləcəridən o tərəfə keçməyə də həvəsli deyillər. Nəticədə də Mirabdulla Abbasov kimi 30 yaşına kimi heç bir uğur qazanmayıb, futbolda "ikinci bahar” yaşamaq həvəsinə düşürlər.

Halbuki, gənc yaşda futbola daha doğru yanaşmaqla böyük uğurlar qazanmaq olar. Kim deyirsə ki, Azərbaycan çempionatında oynamaqla irəli getmək, böyük klubların maraq dairəsinə düşmək olmaz, onu da yalan deyir. Bunun da nümunəsini "Qarabağ”a gələn və bura gələnə qədər heç kimin tanımadığı əcnəbi futbolçular bizə göstərir. Sonuncu belə nümunə Juninyodur. Adam "Qarabağ”da oynaya-oynaya qiymətini bir neçə dəfə yüksəltdi, indi də "Barselona”ya, "Real”a qarşı oynamaq üçün "Sevilya”ya dəvət alıb. Sözsüz ki, bu dəvətin arxasında "Qarabağ”ın da, Juninyonun özünün də milyonlarla avro pul qazanması da dayanır.

Bizim futbolçuların ağlını başından almaq, onları peşəkarlıqdan uzaq salmaq üçün isə 5-10 min manat kifayət edir. Onlar həmin o pulu qazanandan sonra topun arxasınca qaçmağa, məşqlərdə tər axıtmağa tənbəllik edirlər. Acı da olsaq, reallıq belədir. Ümid edək ki, vəziyyət nə zamansa dəyişəcək. Gənclər diqqətli olsunlar. Qarşınızda Mirabdullanın da, Abdukodirin də, Juninyonun da nümunəsi var. Seçim etmək sizin öhdənizə düşür.

Amal Abuşov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Yanvar 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see737

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see670

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see251

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see244

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see218

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see216

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see211

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see200

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see187

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see184

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see176

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see174

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see169

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see169

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri