Icma.az
close
up
RU
Mirbağır İsayev: FƏNƏRBAXÇA İLƏ OYUNDA 20 YAŞIM VAR İDİ

Mirbağır İsayev: FƏNƏRBAXÇA İLƏ OYUNDA 20 YAŞIM VAR İDİ

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Turan Tovuz" milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə yoxlama matçı keçirəcək.

Komanda oktyabrın 3-də "Fənərbaxça" ilə qarşılaşacaq. Tərəflər 1994-cü ildə UEFA Kubokunun təsnifat mərhələsində qarşılaşıblar. 

Həmin matçın iştirakçılarından olan Mirbağır İsayev "Apasport"un suallarını cavablandırıb.

– “Turan Tovuz”un 1994-cü ildə “Fənərbaxça” ilə keçirdiyi hər iki oyunda iştirak etmisiniz. Həmin görüşlərlə bağlı hansı xatirələriniz var?
– Həm xoş, həm də üzücü xatirələrimiz var. Bu, bizim üçün UEFA Kubokunda ilk oyun idi. Hamımız çox sevinirdik. Xüsusilə nəzərə almaq lazımdır ki, “Fənərbaxça” Türkiyənin ən çox sevilən klublarından biridir. Onların heyətində çox güclü futbolçular var idi. Biz isə çox gənc idik, mənim 20 yaşım vardı. Belə bir rəqibə qarşı, İstanbulda, “Fənərbaxça”nın stadionunda, o qədər azarkeşin qarşısında oynamaq bizim üçün həm xoş, həm də çox çətin idi.

İlk avrokubok oyunumuz idi və təbii ki, həyəcanlıydıq. Mənim üçün də çox çətin qarşılaşma olmuşdu. Amma həmin oyun bizim üçün böyük məktəb, təcrübə oldu. Belə səviyyəli futbolçulara qarşı avrokuboklarda meydana çıxmaq bizim üçün fəxr idi. Mən də sevinirdim ki, həmin komandanın əsas heyətində yer almışam.

Bizim heyətimizdə Qurban Qurbanov, Musa Qurbanov, Vidadi Rzayev kimi təcrübəli futbolçular var idi. Onların yanında oynamaq bizim üçün əlavə təcrübə idi. Nəticə, təbii ki, bizi üzdü. Cavab görüşündə də Sumqayıtda 0:2 hesabı ilə məğlub olduq. Amma həmin oyunların gələcək karyeramız üçün böyük faydası oldu.

Ən vacibi, Azərbaycanı təmsil edirdik. “Turan Tovuz” region komandası idi. O dövrdə klubda bizə yüksək səviyyədə qayğı göstərilirdi. İstəyərdim ki, yenidən təkcə “Turan Tovuz” yox, digər region klublarımız da avrokuboklarda çıxış etsinlər. Regionlarda kifayət qədər potensiallı gənclərimiz var.

Hər bir futbolçunun karyerasında belə oyunların xüsusi yeri olur. Bu gün mənim fəaliyyətim də regionları əhatə edir. Layihənin direktoru kimi bütün diqqətimizi regionlarda olan uşaqlara yönəltmişik. Onları üzə çıxarmalıyıq. Kim deyirsə Azərbaycanda istedadlı uşaq yoxdur, o, yalan danışır. Yetərincə potensiallı uşaqlarımız var. Sadəcə onları tapmaq və üzə çıxarmaq lazımdır. Biz də bu istiqamətdə çalışırıq. 

– Bu həftəsonu “Turan Tovuz” yenidən “Fənərbaxça” ilə qarşılaşacaq. Hazırkı “Turan Tovuz” və qarşılaşma barədə nə düşünürsünüz?
– Bizi də oyuna dəvət ediblər. "Turan Tovuz" tərəfindən xüsusi dəvət olunmuşuq. Lakin komandanın hazırkı vəziyyəti barədə kənardan fikir bildirməyim düzgün olmaz. Komandanın daxilində deyiləm, məşq prosesini, futbolçuların durumunu yaxından bilmirəm. Kiminsə işini kənardan analiz etmək mənim xarakterimə uyğun deyil. Etik qaydalara riayət etmək lazımdır.

Amma istəyərdim ki, “Turan Tovuz” yaxşı oyun göstərsin. Onlara uğurlar arzulayıram.

– Son günlər Ehtiram Quliyevin “Turan Tovuz”dan ayrılacağı ilə bağlı söz-söhbətlər gəzir. Sizcə, o, komandada qalmalıdır, yoxsa getməlidir?
– Azərbaycanda futbolun inkişafını istəyiriksə, regionlardakı klubları daha da inkişaf etdirməliyik. Mənim deyə biləcəyim budur. Ehtiram müəllimin gedib-getməməsi isə onun şəxsi qərarıdır. Bu barədə fikir bildirməyim düzgün olmaz.

Qeyd edək ki, görüş şənbə günü, saat 20:00-da start götürəcək.

ML: Portuqaliya Norveçə, Yunanıstan Almaniyaya qalib gəlib - YENİLƏNİB Azərbaycan millisi Litva ilə bacarmadı - YENİLƏNİB Millətlər Liqası: İspaniya İngiltərə səfərindən 3 xalla qayıdır - YENİLƏNİB Macarıstan – Ukrayna matçı kütləvi dava ilə bitdi - VİDEO Millətlər Liqası: Belçika İtaliya səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://apasport.az
archiveBu xəbər 28 Sentyabr 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri