Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Mircəlal həkim bu qadınları xeyriyyəçi kimi təqdim etdi, mən də... Talassemiya işi

Mircəlal həkim bu qadınları xeyriyyəçi kimi təqdim etdi, mən də... Talassemiya işi

Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Faiq Nəcəfov ifadə verib.

O bildirib ki, övladı talassemiya xəstəsidir: "Mən eşitdim ki, bu xəsələrləri müalicəyə göndərən şirkət var. Aynur xanımın nömrəsini mənə verdilər, dedilər ki, onunla əlaqə saxlayaq. Mən də nömrəni yoldaşıma verdim, o da danışdı. Aynur xanım. Dedi ki, yaxşı həkimlər, müalicə edilər. Bizə cek göndərdilər. Dedilər ki, müalicə üçün 10 min dollar pul lazımdır. Bunu bizə Aynur xanım dedi. Əvvəlcə 3 min manatı Çinar plazada verdik. Orda Nuridə xanımı gördüm. Dedilər ki, şirkətin rəhbəridir. Biz 3 min manat verdik. Qalan 7 min dolları sponsor ödəyəcəkdi. Amma sponsorun adını demədilər, dedilər ki, xeyirxah işlər görür. Sonra 2500 manat verdim. Pulu Nuridə aparatda saydı, götürdü".
Zərərçəkmiş qeyd edib ki, 2022-ci ilin dekabrın 7-də uşağı Türkiyəyə müalicəyə göndərəcəkdilər. Amma sonradan səs çıxmadı. Gördük ki, bunlar işi uzadırlar. Mən Aynur xanımla əlaqə saxladım. Aynur xanım dedi ki, Nuridədən ayrılıb, onunla əlaqəsi yoxdur. Mənə dedilər ki, şikayətçi çoxdur. Mən də Nərimanovda ofisdə ərizə yazdım, dedilər ki, 15 iş gününə pul qayıdacaq. Nuridə xanım dedi ki, ərizə yaz, pulunu geri qaytaracaqlar. Mən də ofisdə Aysel xanımın yanında ərizə yazmışdım. Sonradan eşitdim ki, bondettel Nuridənintutub. Mən də şikayətçi oldum".
Zərərçəkmiş qeyd edib ki, pul ödənilməsi ilə bağlı ona müqavilə verilib, amma ona pul ödənişi ilə bağlı çek verilməyib.
Zərərçəkmiş bildirib ki, Aynur Bayramova ona köməklik göstərəcəyi ilə bağlı vəd verib. Onun sözlərinə görə, Nuridə və Aynurun yanında stolun üstünə qoyub.
Hakim Nuridə Seyidovanın diqqətinə çatdırıb ki, zərərçıkmişlərdən pulu götürən zaman nə işlə məşğul olacağı müqavilədə göstərilməyib.
Daha sonra zərərçəkmiş Kamil Əhmədov ifadə verib. O bildirib ki, həyat yoldaşı qara ciyər xəstəliyindən əziyyət çəkir. Onun sözlərinə görə, Zaur Baxşəliyevin verilişinə çıxandan sonra müalicə olunub: "Daha sonra Gömrük hospitalında Mircəlal həkimlə görüşdük. Yoxladıqdan sonra müalicə etmək lazımdır. 46 min manat ödəniş etmək üçün qara ciyərin transplantasiya olunması üçün xərci var. Pulumuz çatmadız ankoloji xəstəlikdən müalicə aldı. Bir qədər sonra Mir Cəlal həkim mənə dedi ki, bir xanım var, bu işlərin xeyriyyəçili ilə məşğul olur. Mən də telefonu aldım və Aysel xanımla danışdım. Dedi ki, bu xərcin yarı pulu olan 23 min manatını ödəməlisiz. Mən də razılaşdım. Həmin pulu düzəltdim, apardım. Bu proseslərə gedən zaman yoldaşımın səhhəti pisləşdi. Tez-tez komaya düşürdü. Hər dəfə də 1500 manat xərcim çıxırdı. Mən də sonraddan gördüm ki iş görmürlərx pulu istədim. Dedilər ki, pulu bir aya qaytara bilərlər. Həmin vaxtdan sonra pulu bu günə sabah verəcəm dedilər. Aysel xanım məni Nuridə ilə əlaqələndirdi. O da dedi ki, bunları ən rəisi mənəm, pulu qaytaracam. Amma qaytarmadılar. Sonradan eşitdim ki, bunları tutublar. Ayselin dayısı pulun 10 min manatını ödəyib, qalan pulu da tələb edirəm. Mən Ayseli tanıyıram, ondan tələb edirəm".
Zərərçəkmiş qeyd edib ki, sonradan evini satıb, 46 min manatı ödəyiblər. Onun sözlərinə görə, Mir Cəlal həkim əməliyyat etdi, amma həyat yoldaşı 2023-cü ildə vəfat edib.
Təqsirləndirilən Aysel Məmmədova deyib ki, zərərəçəkmişdən aldığı 23 min manatı götürüb və həmin gün axşam da Nuridə Seyidovaya çatdırılması üçün onun sürücüsü Füzuliyə verib. Nuridə Seyidova isə bildirib ki, ona 23 min manat çatmayıb.
Zərərçəkmiş qeyd edib ki, Mircəlal həkim ona bu qadınları xeyriyyəçi kimi təqdim edib: "Mən də sonradan Mir Cəlal həkimə dedim ki, doktor bu şəxslər pulu kassaya ödəmədilər. O da dedi ki, proseslər belədir, onlar pulu hospitalın hesabına ödəyəcək".
Aysel Məmmədova isə bildirib ki, Nuridə Seyidovanln tapşırıqlarını icra edib. Onun sözlərinə görə, Nuridə Seyidovaya pul çatmayıbsa, o zaman pulu sürücü götürüb.
Daha sonra zərərçəkmiş Lamiyyə Hüseynova ifadə verib.
Növbəti proses yanvarın 22-də davam edəcək.
İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.
Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.
Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.
Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.
Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladını müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.
Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.
İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb.
İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.
Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.
Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb.
Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 15 Yanvar 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see485

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see387

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see379

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see342

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see324

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see204

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see163

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see162

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see159

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see157

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri