Icma.az
close
up
RU
Mircəlal Kazımı ifadə verdi Talassemiya işi ilə bağlı məhkəmə

Mircəlal Kazımı ifadə verdi Talassemiya işi ilə bağlı məhkəmə

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Talassemiyalı uşaqlar və digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakıvaxtı.az xəbər verir ki, “Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Mərkəzi Gömrük Hospitalının həkimi Mircəlal Kazımı və Talassemiya Mərkəzininin sabiq baş həkimi Xuraman Cəfərova ifadə veriblər.

Şahid Xuraman Cəfərova deyib ki, Bakı Baş Səhiyyə Mərkəzində hazırda aparıcı mütəxəssis vəzifəsində çalışır. Onun sözlərinə görə, 2012-ci ildən 2022-ci ilə qədər Talassemiya Mərkəzində çalışıb, həmçinin qısa müddət ərzində mərkəzdə baş həkim vəzifəsini icra edib.

"Təqsirləndirilən şəxslərdən Aynur xanımı 2022-ci ilin aprel ayından kuryer kimi tanımışam. Mən baş həkim təyin olunandan sonra bir nəfər zərərçəkən dedi ki, Aynur xanım onlardan pul götürüb. O, xahiş etdi ki, bu barədə heç kimə bildirməyim. Zərərçəkən məsələ barədə kiməsə danışacağım təqdirdə, yaxınının əməliyyata götürülməyəcəyindən qorxurdu. Lakin buna baxmayaraq, mən məsələ ilə bağlı rəhbərliyə məlumat verdim, ondan sonra Aynur Bayramova mərkəzə buraxılmadı. Mən xəstə yaxınlarından kuryerə niyə bu qədər etibar etdiklərini soruşurdum", - şahid deyib.

Xuraman Cəfərova əlavə edib ki, o, Talassemiya Mərkəzinə baş həkim təyin olunandan sonra bu məsələnin üstü açılıb:

"Türkiyədən "Medical Park" xəstəxanasının uzman həkimi bizə gəlirdi. Bizim bir neçə xəstəmiz orada əməliyyat olunurdu. O, bura gələndə Aynur xanım da onun yanında qeydiyyatçı kimi gəlirdi. Əməliyyatın pulunun hansısa şirkətin ödəməsi barədə məlumatım olmayıb. Bunu yalnız xəstələrdən öyrənmişəm. 2009-cu ildən bizim pasiyentlərimizi Türkiyəyə göndərirdilər, daha sonra xəstə sayı çoxaldıqca oradan Akif doktor özü bura gəlirdi".

Məhkəmə tərkibinin üzvü Şəlalə Həsənova Xuraman Cəfərovadan Aynur Bayramova kuryer olduğu halda Talassemiya Mərkəzində necə sərbəst hərəkət etdiyini soruşub. X. Cəfərova cavabında bildirib ki, o, baş həkim təyin olunandan sonra belə hallara rast gəlinməyib.

"Aynur Bayramova ilə əlaqəm olmayıb. İki dəfə donor barədə sual vermişəm. O, "Medical Park"a gedib-gəlirdi deyə, bunlardan məlumatı var idi", - şahid bildirib.

Təqsirləndirilən Aynur Bayramova şahid Xuraman Cəfərovaya ona Talassemiya Mərkəzində otaq verilib-verilməməsi ilə bağlı sual verib:

"Sizin baş həkimliyiniz dövründə "Urmed help" şirkəti Talassemiya Mərkəzinə necə daxil olub? Xuraman xanım Nuridə Seyidovaya xəstə göndərib. Onun ifadələri yanlışdır. Dedi ki, o, baş həkim təyin olunandan sonra mən Talassemiya Mərkəzinə daxil ola bilməmişəm, lakin yalan deyir, Xuraman Cəfərova baş həkim təyin olunandan sonra da mərkəzə daxil olurdum".

Şahid Xuraman Cəfərova Aynur Bayramovaya Talassemiya Mərkəzində otaq vermədiyini deyib.
Sonra prosesdə şahid qismində Mərkəzi Gömrük Hospitalının həkimi Mircəlal Kazımı ifadə verib. O deyib ki, Aysel Məmmədovanı və Nuridə Seyidovanı tanıyır:

"Orqan transplantasiyası artıq İcbari Tibbi Sığorta hesabına ödənilir, lakin bundan əvvəl xəstə öz hesabına etdirirdi. Nuridə Seyidovanın şirkəti həmin vaxt xəstələrə yardım edir, onlar əməliyyat olunurdu. Daha sonra 5 xəstənin əməliyyat pulu ödənilmədi. Buna görə də, "Urmed help" şirkəti ilə müqaviləyə xitam verildi. Təxmini 10-a yaxın xəstə həmin şirkət tərəfindən əməliyyat olunmuşdu".

Şahid Mircəlal Kazımının sözlərinə görə, xəstəxanaya ödənişlər rəsmi şəkildə həyata keçirilib:

"Aysel Məmmədova ilə xəstələrə kömək olunması ilə bağlı telefon danışıqlarımız olurdu. Müqaviləni Mərkəzi Gömrük Hospitalı ilə "Urmed help" şirkəti bağlamışdı. Müqavilə bağlananda mən iştirak etməmişəm".

Prosesdə Mircəlal Kazımı ilə Aysel Məmmədova arasındakı telefon danışığı dinlənilib.

Belə ki, Aysel Məmmədova həkim ilə danışan zaman Mircəlal Kazımıyə polisin ondan izahat götürdüyünü bildirib. O, telefon əlaqəsi zaman həkimə onun və Tariyel doktorun adlarını da izahatında qeyd etdiyini deyib.

Səs yazısını münasibət bildirən Mircəlal Kazımı deyib ki, Aysel Məmmədova ilə telefon danışığı zamanı o, yalnız xəstələrlə bağlı narahatlığını bildirib.

Daha sonra zərərçəkənlər Talassemiya Mərkəzinin sabiq direktoru Valeh Hüseynovun məhkəməyə çağırılması ilə bağlı vəsatət veriblər.

Məhkəmə vəsatəti rədd edib. Hakim Azad Məcidov bildirib ki, bəzi adamlar məhkəməyə çağırılanda gəlmirlər:

"Onlar barəsində məcburi gətirilmə qərarı çıxarılsa, belə gəlmirlər. Həmçinin gələn adamlar da yeni bir şey danışmırlar. Ona görə də, əlavə şahidlərin çağırılmasına ehtiyac yoxdur".

Həmçinin prosesdə hakim Azad Məcidov sənədlərin tədqiqi mərhələsinə keçildiyini bildirib.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub.

Məlumat əsasında cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub.

Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Aprel 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri