Icma.az
close
up
RU
Miri Yusif 5 günlük konsert marafonunu başa vurdu

Miri Yusif 5 günlük konsert marafonunu başa vurdu

Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xalq artisti Miri Yusif Yaşıl Teatrda baş tutan beş günlük konsert marafonunu uğurla başa vuraraq karyerasında yeni rekorda imza atıb.

OLAY yazır ki, sənətçinin sözlərinə görə, konsertlər əvvəlcə üç günlük elan edilsə də, əsas plan beş günlük proqram həyata keçirmək olub:

“Əslində niyyətimiz əvvəlcədən beş günlük konsert proqramı idi. Amma ilk mərhələdə üç günü elan etdik. Tamaşaçı marağını və tələbatı gördükdən sonra daha iki günü də proqrama əlavə etdik. Bu sevgi bizi çox xoşbəxt etdi.”

Miri Yusif bildirib ki, məqsədləri gələcəkdə daha uzunmüddətli konsert layihələri reallaşdırmaqdır:

“Hədəfimiz bundan sonra daha çox günlük konsert proqramları təşkil etməkdir. İnanıram ki, tamaşaçımız buna hazırdır.”

Sənətçi beş gün ərzində ardıcıl eyni səhnədə çıxış etməklə öz rekordunu yenilədiyini də vurğulayıb.

Konsert marafonunun ilk günü 2 İyul – Azərbaycan Polisi Gününə həsr olunub. Həmin axşam polis əməkdaşları, şəhid ailələri və qazilər üçün xüsusi proqram təqdim edilib və gecə duyğusal anlarla yadda qalıb.

Marafonun ən təsirli məqamlarından biri isə Miri Yusifin mərhum atasının tarı ilə “Ata” mahnısını ifa etməsi olub. Bu çıxış tamaşaçılar tərəfindən ayaqüstə alqışlanıb və konsertlərin ən yaddaqalan anlarından biri kimi qiymətləndirilib.

Xalq artisti gələcək planlarından da danışaraq ən böyük arzularından birinin Şuşada solo konsert vermək olduğunu bildirib:

“Şuşada böyük solo konsert proqramı ilə çıxış etmək ən böyük arzularımdan biridir. Ümid edirəm ki, bunu da həyata keçirəcəyik.”

Qeyd edək ki, Yaşıl Teatrda keçirilən beş günlük konsert marafonu hər gün anşlaqla keçib və Miri Yusifin yaradıcılığında ən genişmiqyaslı konsert layihələrindən biri kimi yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://olay.az
archiveBu xəbər 07 İyul 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri