Icma.az
close
up
RU
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

23 dekabr 2024-cü il tarixindəAzərbaycan Yazıçılar Birliyinin Natavan Klubunda “Mirzə İbrahimovun irsinin qorunması və təbliği” Fondunun layihəsi olan Mirzə İbrahimov adına I Beynəlxalq Gənclər Müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, “Mirzə İbrahimovun irsinin qorunması və təbliği” Fondunun Himayəçilik Şurasının sədri, Xalq yazıçısı Çinqiz Abdullayev görkəmli ədib, dövlət və ictimai xadim, Dövlət mükafatı laureatı, Beynəlxalq Nehru mükafatının laureatı, akademik, Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahmovun yaradıcılığından, onun Azərbaycan mədəniyyətinə və ədəbiyyatına verdiyi əvəzsiz töhfələrindən söhbət açıb. Qeyd edib ki, Mirzə İbrahimov yeni dövr Azərbaycan ədəbi-bədii və ictimai-siyasi fikrinin görkəmli nümayəndələrindən biridir. Onun kimi şəxsiyyətlərin xalqın mənən oyanmasında xüsusi rolunu diqqətə çatdıran Ç.Abdullayevyazıçının elmi-nəzəri və bədii irsinin öyrənilməsinin vacib məsələ olduğunu da vurğulayıb.

Müsabiqənin münsiflər heyətinin sədri Xalq yazıçısı Elmira Axundova Fondun ilk layihələrindən olan Mirzə İbrahimov adına I Beynəlxalq Gənclər Müsabiqəsinin əhəmiyyətindəndanışıb. E.Axundova qeyd edib ki, müsabiqədəAzərbaycanla yanaşı, Rusiya Federasiyası, Özbəkistan, İran İslam Respublikasından olan müəlliflər iştirak ediblər və təqdim olunan işlər Mirzə İbrahimovun həyat və yaradıcılığında baş vermiş əlamətdar hadisənin araşdırılmasına həsr olunaraqXalq yazıçısının tanınmış “Gələcək gün” romanının adı ilə uzlaşan baxış bucağını əks etdirir.

E.Axundova bildirib ki,görkəmli yazıçı, ədəbiyyatşünas, ədəbi tənqidçilərdən ibarətmünsiflər heyəti işlərin dəyərləndirməsi və seçimi zamanı bədii dəyər, üslub vahidliyi, ideya kreativliyi, bilik səviyyəsi kimi meyarları əsas götürərək qaliblərlə bağlı yekdil qərar verib.

Daha sonra qaliblərin adları açıqlanıb. “Ən yaxşı elmi-tədqiqat işi” nominasiyası üzrə Pərvanə Məmmədlinin “Mirzə İbrahimov yaradıcılığında xalqın taleyüklü məsələləri”, Nigar Yahyazadənin “Mirzə İbrahimov yaradıcılığı tədqiqatlarda” işləri müvafiq olaraq I, II yerlərə, həvəsləndirici mükafat olaraq III yerə isə Məlihə Əzizpur Özturhanın “Mirzə İbrahimovun İran ədəbi mühitlərindəki yeri” adlı işilayiq görülüb.

“Ən yaxşı ssenari” üzrə Eldəniz Məmmədov (Özbəkistan) “Şuşada əhvalat”, Sanjar Murodşayoxovun “Ana”, Karina Aseinovanın “Çobanın sevgisi” ssenariləri müvafiq olaraq I, II və III yerlərə, həvəsləndirici mükafatlar isə Lamiyə Məmmədovanın “Oğru”, Baxrom Musurmanovun “Qübbə”, Karina Aseinovanın “Çobanın sevgisi” ssenarilərinə təqdim edilib.

“Ən yaxşı esse” üzrə Orxanİsayevinyeni yazı üslubu və ideya kreativliyinə görə Qran Pri mükafatına layiq görülüb. Bundan əlavə, Racu Gözəlov (Şıxlı)“Bir kərə yüksələn bayraq, bir daha enməz!”, Kəmalə Nəcəfova “Pıçıltı ilə qışqıran ədib”, Sara Əliyeva isə “Gələcək gün” esseləri ilə müvafiq olaraq I, II və III yerdə qərarlaşıblar.

Sonuncu, “Ən yaxşı ədəbi-bədii əsər” nominasiyasında ƏsmərƏhmədovanın“Ümid” hekayəsi qalib olub.

Qaliblərinin işləri “Gələcək Gün” adlı beynəlxalq elmi-nəzəri jurnalın xüsusi buraxılışında təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Dekabr 2024 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri