Icma.az
close
up
RU
Mirzə İbrahimovun ədəbi tənqidi görüşləri haqqında monoqrafiya nəşr edilib

Mirzə İbrahimovun ədəbi tənqidi görüşləri haqqında monoqrafiya nəşr edilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 iyun, AZƏRTAC

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Vüsalə Nəsibovanın “Mirzə İbrahimovun ədəbi-tənqidi görüşləri” monoqrafiyası çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab XX əsr Azərbaycan ədəbiyyatının və ədəbi-tənqidi fikrinin görkəmli nümayəndələrindən olan yazıçı, dramaturq, publisist, ədəbiyyatşünas, tərcüməçi və siyasi xadim Mirzə İbrahimovun ədəbi-tənqidi görüşlərinin öyrənilməsinə həsr olunub.

Mirzə İbrahimov Azərbaycanda XX əsr ədəbiyyatşünaslıq elminin yaradıcılarından, Azərbaycan Milli Elmlər Akademiyasının ilk təsisçilərindən, həqiqi üzvlərindən biridir. Kitabda Mirzə İbrahimovun ədəbi-tənqidi irsi dərindən araşdırılır və müstəqillik dəyərləri prizmasından yenidən dəyərləndirilir. Monoqrafiyada yazıçının və alimin yaradıcılığında odövrkü sovet sərhədlərini aşan ümummilli və azərbaycançılıq dəyərləri üzə çıxarılır. Mirzə İbrahimovun müxtəlif dövrlərdə qələmə aldığı elmi və publisistik məqalələri təhlil edilərək alimin ədəbiyyata, sənətə yanaşma prinsipləri – realizm, xəlqilik və novatorluq əlaqəli şəkildə dəyərləndirilir. Mirzə İbrahimovun həm klassik ədəbi irsə, həm də müasir ədəbi prosesə verdiyi qiymətlər elmi-nəzəri kontekstdə şərh olunur, yazıçının tənqidçilik fəaliyyəti müfəssəl şəkildə təhlil edilir.

Monoqrafiyada Mirzə İbrahimovun ədəbi-tənqidi görüşləri üç aspektdə araşdırılır: Mirzə İbrahimov klassik Azərbaycan ədəbiyyatının tənqidçisi kimi; Mirzə İbrahimov “Molla Nəsrəddin” ədəbi məktəbinin araşdırmaçısı kimi”; Mirzə İbrahimovun müasir ədəbi prosesə münasibəti.

Qeyd edək ki, akademik Mirzə İbrahimovun tənqid və ədəbiyyatşünaslıq fəaliyyətində klassik ədəbiyyata dair tədqiqlər mühüm yer tutur. Kitabda akademikin Nizami Gəncəvi, Əfzələddin Xaqani, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif və başqa Azərbaycan klassiklərinə həsr etdiyi tədqiqatlar təhlil edilir, qədim və orta əsrlər ədəbiyyat tarixinin müxtəlif problemlərinə dair araşdırmaları, ədəbiyyatın haradan və nə vaxtdan başlaması məsələsi, şifahi xalq yaradıcılığına münasibəti və s. məsələlər xəlqilik və demokratizm dəyərləri baxımından dəyərləndirilir, Qərb və Şərq mədəniyyəti kontekstində təqdim olunur.

Akademik Mirzə İbrahimovun ədəbiyyatşünaslığa dair tədqiqlərinin böyük bir hissəsini “Molla Nəsrəddin” ədəbi məktəbi – Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir irsi ilə bağlı araşdırmalar təşkil edir. Bu baxımdan “Böyük demokrat” monoqrafiyası və “Böyük şairimiz Sabir” monoqrafik oçerki xüsusilə əhəmiyyətlidir. Kitabda Mirzə İbrahimovun bu monoqrafiyaları və “Molla Nəsrəddin” ədəbi məktəbinə və “satirik poeziya məktəbi”nə (Mirzə Ələkbər Sabir yaradıcılığı) dair fikirləri geniş təhlil olunur, akademikin realizm, satirik poeziya, realist sənətkar və zaman haqqında təhlilləri müstəqillik və demokratiya meyarları baxımından qiymətləndirilir.

Mirzə İbrahimov yaradıcılığı boyu ədəbiyyat sahəsində üç cəbhədə fəaliyyət göstərib. Akademik həm ədəbiyyatımızı qələmə aldığı bədii əsərlərlə zənginləşdirərək, həm klassik Azərbaycan ədəbiyyatını, şifahi xalq yaradıcılığını araşdırıb, həm də yaşadığı dövrdə müasir ədəbi prosesə qiymət verməyə, təsir göstərməyə çalışıb. Kitabda Mirzə İbrahimovun ədəbiyyatla həyatın əlaqələrinə, oxucu və müəllif münasibətlərinə, müasir ədəbi proesə dair qənaətləri geniş təhlil olunur, müasir nəzm, nəsr, dramaturgiya, ədəbi tənqidə dair ideya və tələbləri aydınlaşdırılır.

Monoqrafiyanın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova, rəyçisi isə filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see424

SINAM və Abyss “Abyss Hackathon 2025” üçün qeydiyyatı açdı 72 saatlıq qlobal onlayn yarış

22 Sentyabr 2025 15:07see157

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see144

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see143

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see141

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see138

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see132

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see132

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see131

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see130

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see129

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see129

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see129

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see126

Haaland Premyer Liqada yeni nailiyyətə imza atdı

22 Sentyabr 2025 15:38see126

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see122

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see121

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see120

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see120

Beynəlxalq Bankın keçmiş rəhbəri Elmar Məmmədov dindirildi

23 Sentyabr 2025 04:15see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri