Icma.az
close
up
RU
Mirzə Qədim İrəvani adın sorağı, ruhun izi...

Mirzə Qədim İrəvani adın sorağı, ruhun izi...

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əkbər QOŞALI

Bu günlərdə Bakının Nərimanov rayonunda bir küçəyə Mirzə Qədim İrəvaninin adı verildi…

Adını eşidəndə, zaman bir anlığa dayandı sanki… Qəlbimdə dərin bir kövrəklik, yaddaşımda isə bir səssiz ziyarət başladı – İrəvana, keçmişə, itirilmişə və əslində heç vaxt itirilməyənə doğru…

Mirzə Qədim İrəvani – sənətimizin klassik yaddaşı, ruhu fırçaya köçürən bir irfan adamı… Tam adı ilə – Mirzə Qədim Məmmədhüseyn oğlu İrəvani (میرزا قدیم ایروانی; Мирза Кадым Мамед-Гусейн оглы Эривани; Միրզա Ղադիմ Իրեւանով) – 1825-ci ilin qışında doğulmuşdu. Doğulduğu şəhər o zaman #Qacarlar dövlətinin bir hissəsi idi. Vəfat etdiyi 1875-ci ildə isə İrəvan Çar Rusiyasının tərkibindəydi;

bu gün isə #İrəvan (Baştutmamış dövlət - Unconsolidated State - Несостоявшееся государство) #Ermənistan Respublikasının paytaxtı statusunu daşıyır…

Amma onun fırçası zamanın sərhədlərini tanımadı – o, öz dövrünü keçib, gələcək nəsillərə gözəlliyin, zərifliyin, #Azərbaycan ruhunun tablosunu bəxş etdi…

Əlbəttə, İrəvani kimi bir #sənətkar birdən-birə meydana çıxmır - o, bir irsə, mühitə, gələnək və təcrübəyə əsaslanır.

Onun adı ilə bağlı bir küçənin açılması sadəcə inzibati akt deyil – bu, yaddaşın təzələnməsi, bir ruhun yenidən danışmağa başlamasıdır. Bu gün o küçə – #QərbiAzərbaycan İcmasının da yerləşdiyi ünvanda – təkcə İrəvaniyə deyil, bütün İrəvana, oradakı sənətə, mədəniyyətə, yaddaşımıza açılan bir qapı kimidir.

Mirzə Qədim təkcə portretlər çəkmirdi – o, millətin portretini çəkirdi. Ornamentlərə sadə naxışlar deyil, ruhun incə ritmlərini hopdururdu. Hər bir rəngdə, hər bir xəttdə İrəvanın nəfəsi duyulurdu – o İrəvan ki, bu gün yad bayraq altında, ən hay-haraylı günlərdə də sanki sükut içindədir…

Deyirəm,

gün gələr, o doğma şəhərdə – Mirzə Qədimin doğulub boya-başa çatdığı qədim İrəvanda – onun adına bir küçə açılar... Bəlkə həmin vaxt tarix o şəhərdə xeyli rahat soluq ala, ədalət öz yerini tapa..

Niyə də olmasın?..

Hələlik isə Bakıda açılan bu kiçik küçə, bizə böyük bir yaddaşın ünvanını göstərir. Bu küçəylə addımlayan hər kəs bilməlidir: burada təkcə bir ad yox, bir ruh var… və o ruh bir ulusun ulu ruhunun özüdür...

Haqq incələr, üzülməz!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Aprel 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri