Icma.az
close
up
RU
İrəvanın yetirmələri Mirzə Qədim İrəvani

İrəvanın yetirmələri Mirzə Qədim İrəvani

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərində doğulub boya-başa çatan yüzlərlə elm, mədəniyyət, incəsənət, din xadimlərinin adları Azərbaycan tarixində yer alıb. Müxtəlif vaxtlarda İrəvanda olmuş səyyahlar, salnaməçilər, tədqiqatçılar İrəvan şəhərini Şərqin inkişaf etmiş elm və mədəniyyət mərkəzi kimi təsvir etmişlər. Mənbələrdə göstərilir ki, XIX əsrin əvvəllərində İrəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra İrəvanın imkanlı və ziyalı elitasının xeyli bir qismi şəhəri tərk etmişdir. Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərində sənətkarlıq və tətbiqi sənət xüsusilə inkişaf etmişdi. İrəvanda boyakarlıq sənəti də inkişaf etmişdi. Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarlardandır. Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvani 1825-ci ildə, İrəvan xanlığının paytaxtı, İrəvan şəhərində anadan olmuşdur. Xarrat Məhəmmədhüseynin ailəsinin yeganə uşağı idi. Elmi ədəbiyyatda, adı ilk dəfə 1954-cü ildə, sənətşünas Natalya Miklaşevskayanın İrəvaniyə həsr olunan məqaləsində hallanıb. Miklaşevskayanın sözlərinə görə, Mirzə Qədimin atası, Məhəmmədhüseyn adi xarrat yox, bədii ağac işlənməsi üzrə usta olub. Mikloşevskaya təxmin edir ki, Məhəmmədhüseyn ornament sənətini, öz yeganə oğluna lap kiçik yaşlarından öyrədib. Məhəmmədhüseynin oğluna təhsil vermək imkanı var idi və onu Tbilisi progimnaziyasına yollayıb. Erkən yaşlarından, rus mədəniyyəti ilə yaxın təmasda olan Mirzə Qədim rəssamlıq bacarıqlarını dərinləşdirmək imkanını alıb. Progimnaziyanı bitirdikdən sonra, 15 yaşlı gənc Mirzə Qədim İrəvana dönür və teleqrafçı vəzifəsində poçta qəbul olub orada 35 il ömrünün sonunadək çalışır.

Mirzə Qədim gənc yaşından rəsm çəkməyə başlayıb. Ailə əhvalatlarına əsasən, yeniyetmə dövründə güzgü üzərində boya ilə çəkdiyi “Qadın” portreti onun ilk işi olur. O xidmətdən ayrı olduğu bütün zamanını rəsmə ayırırdı. Özü tərəfindən edilən naxışlar onun işlədiyi otağın divarlarını bəzəyirdi. Ancaq onun yaşadığı ev dövrümüzə gəlib çatmayıb. Peşəkar rəssam təhsili olmasa belə, anadangəlmə zövqü və istedadı sayəsində, məşhurlaşmışdı. Artıq tanınmış rəssam olandan sonra, Sərdar sarayının divar naxışlarının restavrasiyası işlərinə cəlb olunur. Bu XIX əsrin 50-ci illərinin əvvəllərində baş verir. Bu sarayda o Güzgülü zalı bərpa etmişdi.

Deyilənə ğörə, İrəvani, bir qayda olaraq, bütün əsərlərini Azərbaycan və ya rusca imzalayaraq özünü “Mirzə Qədim İrəvani”, ya da bəzən “kollec asessoru” sözlərini əlavə edərək, özünü sadəcə “Qədim bəy” adlandırırdı. Onun tərəfindən real tarixi şəxsiyyətlərin: Fətəli şahın, Abbas Mirzənin, Mah Tələt xanım və Vəcdullah Mirzənin təsvir olunduğu dörd portret yaradılıb. Bu əsərlərdən başqa, “Naməlum savaşçı”nın portreti də çəkmişdi. Mirzə Qədim İrəvani işlərinin tarixini qeyd etmirdi, amma onları imzalamağa, eləcə də üzərlərində portreti çəkilənin adını yazmağı xoşlayırdı. Buna baxmayaraq, onun rəsmlərinin müqayisəli təhlili əsasında, rəssamın yaradıcılıq dövrlərinin ikişafını müəyyən etmək mümkün oldu. Rəssamın ilk portreti, boya ilə, güzgünün üzərində yerinə yetirildiyi bilindiyindən, Azərbaycan Milli İncəsənət muzeyində saxlanılan iki ədəd, şüşə üzərində işlənilən “Rəqqasə” və “Dərviş”əsərlərini də birinci dövrə aid etmək olar. İrəvaninin naxışlarında gül və quşların əks olunduğu tərtiblər üstünlük təşkil edirdi. Rəssamın trafaret və şəkillər kolleksiyasında belə motivlər saxlanılıb. Onlar İrəvaninin Azərbaycan ornamenti və divar rəssamlığı ənənələri ilə yaxşı tanış olduğunu təsdiq edir.

Yaradıcılıq fəaliyyətinin erkən dövründə İrəvani əsasən tətbiqçi-rəssam kimi çıxış edirdi. Azərbaycan Milli İncəsənət Muzeyində tikmə üçün yüngülcə uzadılmış, səkkiz güşəliulduz və yarımdairə formasındna, özündən medalyon bantı təşkil edən iki trafaret saxlanılır. Rəsimlər kağızdan kəsilmiş medalyon və dairə formasında yerinə yetirilmişdir. Stilləşdirilmiş güllərdən ornament, qəti simmetrik şəkildə, medalyonun hər dördə bir hissəsini eyni naxışla doldurur. İkinci trafaret - 22,3 santimetr diametrində, dairənin dörddə-bir hissəsi formasında bir sektordur, o da həmçinin, üslublaşdırılmış güllü ornamentdir. Naxış balaca sininin (məcməi) üzərindəkilərini örtmək üçün istifadə olunan tikməyə (balaca örtük) təyin edilmişdir.

Qalan üç rəsim “Quşlar və çiçəklər”, “Qızılgül və qaranquş”, “Güllər və qırqovul” ayrı vərəqlərin üzərində yerinə yetirilib. Natalya Mikloşevskayanın sözlərinə görə, onlar yalnız divar naxışı kimi istifadə oluna bilərdilər.“Qızılgül və qaranquş” rəsminə bənzər güllü tərtiblərin variantları isə İrəvani tərəfindən, lak rəsmləri kimi, həm akvarel və tempera, eləcə də ayrı kağız vərəqlərinin üzərində yaradılırdı. “Güllər və qırqovul” rəsmində isə, xüsusən, qırqovullar realist və canlı təsir bağışlayırlar. Rəsm o dərəcədə əsaslı yerinə yetirilib ki, Mikloşevskayaya əsasən, iddia etmək olar ki, rəssam öz işinə çox böyük sevgi ilə yanaşıb.

Mirzə Qədim İrəvani restavrasiya olunan Sərdar sarayı üçün, təbii ölçüdə, yağlı boya ilə şah və sərdarların (şahın canişinləri) təsvir edildiyi dörd böyük portret yaratmışdır. Portretlər sarayın böyük zalının ikinci yarusunun divar oyuqlarında yerləşdirilmişdi. Portretlərdə Fətəli şah Qacar, Abbas Mirzə, Hüseynqulu xan Sərdar və təsvir olunmuşdu. Qohumlarının xatirələrinə əsasən, bunlara bənzər, Mirzə Qədimin otağında yerləşmiş, üzərlərində silahlı döyüşçülərin təsvir olunduğu (Sərdarların portletlərinin, rəssamın əlində qalan variantları olduqları təxmin edilir) daha dörd portret mövcüd olub. Rəssamın ailəsində bu cür rəsmləri “Pəhləvan” adlandırırdılar. Həmin rəsmlər yağlı boyalar ilə qalın kətan üzərində yaradıldığlarından, faktiki olaraq Azərbaycan panel rəssamlığının ilk nümunələri hesab olmaqdadırlar.

Tərzlərinə görə bu portretlər, XIX əsr üslubuna yaxındılar. Rəssamın ustalığının böyüməsini onun əsərlərini öyrəndikcə izləmək olur, əsasən Sərdarların portretlərində, hansılar ki Mikloşevskayanın sözlərinə görə həvəskar-rəssam üçün bir növ rəssamlıq məktəbi olmuşdur.

Rəssam insanın zahiri görünüşünə böyük maraq göstərirdi. Üzü şərti olan müstəvi ölçülər fonunda yox, konkret interyerin üç boyutlu məkanında təsvir edirdi. Həcmi-plastik modelləşdirmə formasının bu cür tədbiqi və modellə olan oxşarlığın ötürülməsi, yeni dövr Azərbaycan incəsənətində yetişən vacib dəyişikliklərin, şərti ənənələrin və yaslı təsvir etmənin aşılmasının göstəricisi idi. Mikloşevskaya rəssamın bir çox portretlərinə istinad edərək, Mirzə Qədimin döşəmənin perspektivini ötürməyə bacarmadığını işarə edir. Öz əsərlərində İrəvani üzləri və paltar qatlarını kölgələndirir, üstü adətən xalçalarla bəzədilmiş döşəmənin müstəvisini vertikal şəkildə perspektivsiz təsvir edir, eləcə də rəsmin mərkəzi hissəsində buta elementini özünə məsxus üslubda istifadə edirdi. Mirzə Qədimin təsvir üsulları müxtəlifdir, bunları qadın üzlərindəki zərif boyalar və qızılqül ləçəklərindən, geyim üzərindənki sıx qatlara kimi müşahidə etmək olar. Xüsusi ilə paltarın tikmə və qat elementlərində rəssam tərəfindən gözoxşayan sərbəst yaxma istifadə olunur. Təsvirin realistik ötürülməsini istəyən İrəvani materialın həcm və fakturasını qeyd edir. İrəvaninin rəsmlərinin boyalarına dözümlülüyü verən isə əsasən rəssamın seçdiyi yumurtalı tempera texnikası verir. Mirzə Qədim İrəvaninin Bakının İncəsənt Muzeyindəki əsərləri onun bir rəssam kimi yaxşı oramentalist olduğunu deyir.

Rus, fransız, fars dillərini bilən İrəvani dövrünün savadlı insanı olub, eləcə də, musiqini sevib, Qərbi Avropa, rus, şərq müəlliflərinin əsərlərindən ibarət kitabxanaya sahib olub. 1875-ci ildə kollec asessoru rütbəsində, doğma şəhəri İrəvanda vəfat edib və İrəvanda da dəfn edilmişdi, amma məzarı günümüzə gəlib çatmayıb.

Nəzakət ƏLƏDDİNQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Fevral 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see314

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see310

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see258

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see247

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see246

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see238

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see236

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see231

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see226

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see222

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see221

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see219

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see217

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see215

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see212

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see212

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see199

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see196

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see194

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri