Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Rəssamlığımızın Mirzə Qədim İrəvani zirvəsi

Rəssamlığımızın Mirzə Qədim İrəvani zirvəsi

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Məlum olduğu kimi, bu il fevralın 14-də Prezident İlham Əliyev “Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb. Bir qədər sonra hələ dövlət televiziyasında işlədiyim vaxtlardan tanıdığım, hazırladığım verilişlərdə dəfələrlə çıxışlar etmiş ünlü sənətşünas, fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevdən Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvani haqqında müsahibə almaq istədim.

Telefon zəngimə cavab verən qızı Aysel Ziyadxanlı ağlaya-ağlaya bildirdi ki, Ziyadxan müəllim ağır xəstədir, cavab verə bilməyəcək. Onun yazmış olduğu “Rəssamlığımızın Mirzə Qədim İrəvani zirvəsi” məqaləsinə baxın, yarayarsa, istifadə edin. Bir neçə gün keçməmiş – martın 16-da Ziyadxan müəllim dünyasını dəyişdi... Acı xəbərin sarsıntısı keçəndən sonra həmin məqaləni tapıb oxudum və mərhum müəllifin dərin biliyinin, təhlil bacarığının bir daha şahidi oldum. Məqaləni müəyyən ixtisarlarla oxuculara təqdim edirəm.

***

Duyulası zaman distansiyası bizə Azərbaycan təsviri sənətini bənzərsiz inciləri ilə zənginləşdirən Mirzə Qədim İrəvaninin (1825–1875) axtarışlara köklənmiş yaradıcılığının əsl dəyərini göstərməyə imkan verir. Qənaətimizcə, onun çoxəsrlik sənət tariximizə verdiyi ən böyük töhfə ənənə və müasirlik probleminin həlli kontekstində, milli rəssamlığımızı duyğulandırıcı realist-gerçəkçi ifadə vasitəsilə yeniləşdirməsidir. Başqa sözlə desək, o, yaradıcılığında Şərq və Qərb bədii ənənələrini uğurla birləşdirən rəssam kimi tarixə düşüb.

Vaxtilə Təbriz bəylərbəyinin, Bakıda Hüseynqulu xanın, İrəvanda sərdar Hüseynqulu xanın, Şuşada Mehmandarovların və Səfibəyovun evini, Şəkidə Şəkixanovların evini və Xan sarayını, Quba, Naxçıvan və Şamaxı hamamlarını bəzəyən və bəziləri də bu günə kimi qalan divar rəsmləri özünəməxsus bədii məziyyətləri ilə memarlıq tikililərini zənginləşdirdiklərini təsdiqləyir. Həmin sənət əsərlərinin müəllifləri arasında Mirzə Qədim İrəvani özünəməxsus dəst-xətti ilə seçilib.

Onun atası Hacı Məhəmməd Hüseyn öz dövrünün çox məşhur ağacoyma ustalarından idi. Elə balaca Qədimin rəssamlığa meylinin kökündə də onun göz açdığı vaxtdan evlərində atasının yaratdığı sənət möcüzələri ilə üz-üzə qalması durur. Qədimin uşaqlıq illərində çəkdiyi rəsmlər onun böyük istedadından xəbər verirdi. Ancaq sənətə bu qədər böyük sevgisi olan Mirzə Qədimin sonradan professional təhsil almaması sual doğuran məsələlərdəndir. Belə ki, vaxtı çatanda atası İrəvanda ibtidai təhsil almış oğlunu Tiflis gimnaziyasına başqa bir peşəyə yiyələnmək üçün göndərib və o, təhsilini bitirəndən sonra İrəvana qayıdaraq ömrünün axırına kimi poçtda teleqrafçı işləyib.

Teleqrafçı-rəssamın yaradıcılığının yüksək bədii-estetik dəyərini şərtləndirən səbəblər sırasında, şübhəsiz, müasir tipli gimnaziyada rəsm sənətinin ilkin vərdişlərinə yiyələnməsi və davamlı olaraq öz üzərində çalışmasının durduğunu söyləmək olar. Taleyinə 50 il ömür payı yazılmış M.Q.İrəvaninin adını bu gün Azərbaycan incəsənəti tarixində yaşadan, adi poçt məmuruna ölməzlik qazandıran onun məhz sənətlə sıx bağlı olması, ecazkar bədii nümunələr yaratmasıdır. Rəssamın ərsəyə gətirdiyi portret və divar rəsmlərinin bu gün öz xalqına başucalığı və qürur bəxş etməsi isə, yəqin ki, həyatdakı ən böyük mənəvi qazancıdır. Əsərlərini “Mirzə Qədim İrəvani” və “Qədim bəy”, bəzən də “kollec asessoru” kimi imzalamışdır.

O, təsviri sənətin bir çox sahələrində, o cümlədən monumental rəngkarlıq və qrafika sahələrində fəaliyyət göstərib. O qədər də çox olmayan bədii irsində portret və ornamental kompozisiyalar geniş yer tutur. Rəssamın kağız, parça, dəri və şüşə üzərində işlənmiş əsərləri bu gün Azərbaycan Milli İncəsənət Muzeyində, Tiflisdə Gürcüstan Dövlət İncəsənət Muzeyində və Sankt-Peterburqda Dövlət Ermitajında nümayiş etdirilir.

Onun divar tərtibatı və milli tikmələr (“təkəlduz” və “güləbatın”) üçün tərtib etdiyi orijinal çeşni-eskizlər, hazırladığı trafaret-qəliblər də gözoxşayandır. Milli naxışlardan ibarət belə çeşnilərin əksəriyyətini simmetriya əsasında qurulmuş, nəbatat və yaxud heyvanat aləmindən götürülmüş motivlər təşkil edir. Rəssamın bizim dövrə gəlib çatmış “Qırqovul və gülər” rəsm-qəlib nümunəsi də diqqətçəkən nümunələrdəndir. Bakı muzeyinin kolleksiyasındakı şüşə rəsmləri – “Rəqqasə” və “Dərviş” adlı kiçik ölçülü əsərlər yağlı boya ilə çəkilmişdir. Yaşıl fon-yerlikdə milli geyimdə qavalla rəqs edən qadının, bozumtul-yaşıl rənglə əhatələnən və ənənəvi geyimdə təqdim olunan dərvişin obrazları rəssamın ilkin yaradıcılıq axtarışlarının uğurundan xəbər verir.

Rəssamın vəfatından sonra ailə arxivində onun yüzdən çox əsəri qalıbmış. Bizim günümüzə isə onların yalnız 23-ü gəlib çatmışdır. Bunlar da ermənilərin 1918-ci ildə İrəvanda yaşayan azərbaycanlılara qarşı törətdikləri qırğınlardan xilas olmağa çalışan ailə üzvlərinin özləri ilə götürə bildikləri nümunələrdir. Sulu boya və qələmlə çəkilmiş həmin əsərlərin 20 ədədi hazırda Bakı muzeyində saxlanılır. Onları zamanında muzeyə rəssamın yaxın qohumları təqdim ediblər.

Rəssamın yaradıcılığının ikinci mərhələsini də bilavasitə həmin işlər təşkil edir. Vaxtilə İrəvan xanlığının iqamətgahı kimi inşa edilən Sərdar sarayı (XVIII əsr) çox gözəl olub. Zəngin tərtibata malik olan bu sarayın geniş salonunu zərif və şux koloritli naxışlar, tarixi və əfsanəvi süjetli divar rəsmləri, eləcə də “Qacar üslubu”nda çəkilmiş portretlər bəzəyirdi. O portretlərin çoxunu (Fətəli şah Qacar, Abbas Mirzə, İrəvan sərdarı Həsən xan İrəvanlı, Rüstəm - Zal) o dövrdə 25 yaşı olmasına baxmayaraq, məşhur rəssam kimi tanınan Mirzə Qədim çəkmişdi. Hazırda Tbilisi muzeyində saxlanan “Sərkərdə” və “Fətəli şah” əsərləri rəssamın Sərdar sarayı üçün işlədiyi portretlərdəndir.

M.Q.İrəvaninin yaratdıqlarını özündən əvvəl mövcud olanların – nə “Qacar üslubu”nun, nə də real-gerçəkçi sənət ənənələrinin birbaşa bənzəri saymaq olmaz. Onun yaratdıqlarında hər iki ilhamverici mənəvi qaynağın təsiri olsa da, bütünlükdə onların çox fərqli biçimdə təfsiri-interpretasiyası duyulur. Ədalət naminə demək lazımdır ki, M.Q.İrəvaninin obrazları bütün mənalarda həm Azərbaycan, həm dünya rəssamlığında gördüyümüz bədii şərhlərdən çox fərqlənir. Bunları həm də milli təsviri sənətimizdə gerçəkləşməyə başlayan dəzgah rəssamlığı formalarının ilk görüntüləri hesab etmək mümkündür. Onun ərsəyə gətirdiyi portret-kompozisiyalarda bədii şərh özünəməxsusluğunun qabarıq ifadəsi obrazların real, onlar üçün fon – yerlik rolunu oynayan məkanın şərti-dekorativ biçimdə təqdim olunmasındadır. “Abbas Mirzə”, “Mah Tələt xanım”, “Vüculla Mirzə”, “Gənc qadın”, “Fətəli şah” əsərləri bu qəbildəndir. Bu portretlərin çox önəmli və Azərbaycan təsviri sənəti üçün yeni olan bədii-estetik xüsusiyyəti onlarda insan psixologiyasının yaddaqalan ifadəsinə nail olunmasıdır. Yüksək bədii kamilliyi ilə seçilən bu əsərlər Mirzə Qədimin çox da uzun sürməyən bədii yaradıcılığının elə son – daha yetkin üçüncü mərhələsini təşkil edir.

Ziyadxan Əliyevin
ruhuna ehtiramla hazırladı:
Əli NƏCƏFXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 İyul 2025 00:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri