Icma.az
close
up
RU
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd edildi

Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd edildi

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dekabrın 4-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, milli təsviri sənətdə realist dəzgah rəngkarlığının banisi Mirzə Qədim İrəvaninin (1825–1875) 200 illik yubileyi qeyd olunub.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük sənətkarın yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncamına əsasən reallaşan tədbirdə “Mirzə Qədim İrəvani: Zamanların qovşağında” kitabının təqdimatı və “Mirzə Qədim İrəvani: 200 illik sənət salnaməsi” sərgisinin açılış mərasimi baş tutub.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Gürcüstan Milli Muzeyinin direktor müavini Mixeil Sereteli, AMİM-nin Elmi-tədqiqat şöbəsinin müdiri Telman İbrahimov çıxış ediblər.Çıxışlarda M.Q.İrəvaninin Azərbaycan təviri sənətinin formalaşmasında oynadığı tarixi rol xüsusi qeyd edilib. Bildirilib ki, rəssamın əsərləri yaşayıb yaratdığı bölgənin mədəni yaddaşını özündə daşıyan nadir sənət nümunələrindəndir. Mədəniyyət naziri Adil Kərimli öz çıxışında bu il ərzində keçirilən yubiley tədbirlərinin M.Q.İrəvani irsinin gələcək nəsillərə ötürülməsi və dünyaya tanıdılması baxımından önəmli olduğunu vurğulayıb. Sənətşünaslıq üzrə fəlsəfə doktoruTelman İbrahimov müəllifələrindən biri olduğu “Mirzə Qədim İrəvani: Zamanların qovşağında” kitabı haqqında tədbir iştirakçılarına geniş məlumat verərək nəşrin Azərbaycan təsviri sənəti və sənətşünaslıq elmi üçün daşıdığı vacib əhəmiyyətdən danışıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən nəşr olunmuş “Mirzə Qədim İrəvani: Zamanların qovşağında” kitabında rəssamın həyat və yaradıcılığı geniş tədqiqat obyektinə çevrilib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikovanın rəhbərliyi ilə ərsəyə gəlmiş kitabda M.Q. İrəvaninin Azərbaycan təsviri sənəti tarixindəki müstəsna rolu xüsusi vurğulanır, onun bioqrafiyası ilə bağlı daha dəqiq və elmi əsaslandırılmış məlumatlar təqdim olunur. Nəşrdə rəssamın Azərbaycan, Gürcüstan və Rusiya muzeylərində saxlanılan əsərləri hərtərəfli şəkildə təhlil edilir, bir sıra əsərlərin yeni atribusiyası aparılır, həmçinin indiyədək çap olunmamış sənət nümunələrinə yer verilir. Kitabın diqqət çəkən məqamlarından biri M.Q. İrəvaninin doğulub boya-başa çatdığı XIX əsr İrəvan şəhərinin tarixi və mədəni mühitini əks etdirən sənət nümunələrinin kolleksiya materialları əsasında kitaba daxil edilməsidir. Kitab zəngin illüstrativ materiala malikdir. Nəşrə həmçinin XIX əsr İrəvanına aid arxiv fotoları daxil edilib.

Aşılış mərasiminin rəsmi hissəsindən sonra qonaqlar sərgi ilə tanış olublar.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Gürcüstan Milli Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən “Mirzə Qədim İrəvani: 200 illik sənət salnaməsi” adlı sərgi M.Q İrəvaninin hər iki muzeyin kolleksiyasında qorunan əsərlərini ilk dəfə bir araya gətirib. Şirin Məlikovanın kuratorluğu ilə hazırlanan sərgidə sənətkarın rəngkarlıq və qrafika sahələrinə aid 33 əsəri, həmçinin ekspozisiyanın konsepsiyasını tamamlayan əlavə muzey eksponatları nümayiş etdirilib. Xüsusi əhəmiyyətli məqamlardan biri rəssamın Gürcüstan Milli Muzeyində saxlanılan və elmi-tədqiqat nəticəsində yeni atribusiyası aparılmış “gül və bülbül” janrında əsərinin ilk dəfə olaraq geniş ictimaiyyətə təqdim olunmasıdır.

M.Q. İrəvaninin yaradıcılığı Şərq poetikasının zərifliyi ilə Avropa təsvir üslubu arasında körpü rolunu oynayır. Onun kağız, kətan, dəri və şüşə üzərində işlənmiş portret və ornamental əsərləri dövrünün estetik baxışlarını əks etdirir. Kompozisiyaları İrəvanın XIX əsrdə malik olduğu çoxqatlı mədəni mühiti və Qacarlar üslubunun təsirini, yerli sənətkarlıq ənənələri ilə Qərb təsirlərini birləşdirir. Rəssamın dövrümüzə çatmış nadir əsərləri bu gün Azərbaycan Milli İncəsənət Muzeyi, Gürcüstan Milli Muzeyi və Dövlət Ermitajının kolleksiyalarında qorunur.

Sərgidə rəssamın gül və bülbül motivli əsərləri, yaradıcılığının yetkin dövründə ərsəyə gətirdiyi “Fətəli şahın portreti”, “Qacar şahzadəsi Mah Tələt xanımın portreti”, “Qacar şahzadəsi Vəcihulla Mirzənin portreti” , “Zadəgan qadının portreti” və bu janrdakı digər əsərləri, bədii tikmə və divar rəsmləri üçün yaradılmış trafaretlər yer alıb. Hazırda Gürcüstan Milli Muzeyinin kolleksiyasına aid, vaxtilə İrəvanın memarlıq incisi olmuş Sərdar sarayının divarlarını bəzəmiş portretlər ekspozisiyanın mühüm hissəsini təşkil edir. Burada nümayiş olunan Fətəli şah Qacar, sonuncu İrəvan xanı Hüseynqulu xan, onun qardaşı Həsən xan, eləcə də “Şahnamə”nin qəhrəmanları Rüstəm, Söhrab və Gərşasb kimi obrazlar rəssamın miniatür ənənələri və Avropa təsvir prinsiplərini məharətlə sintez edən yaradıcılıq axtarışlarını əks etdirir. Qeyd edək ki, Azərbaycan təsviri sənətində ilk realistik dəzgah rəngkarlığı nümunələrindən olan bu əsərlər XX əsrin əvvəlində Sərdar sarayının dağıdılmasından sonra Gürcüstana aparılmışdır.

Sərgidə nümayiş olunan Zankovskinin “İrəvanın və Ağrı dağının görünüşü”, N.Qruşevin “İrəvanda Sərdar məscidi” kimi tabloları rəssamın dünyaya göz açdığı bu tarixi şəhərin ecazkar təbiəti və memarlıq görüntüsünü canlandırır.

Mirzə Qədim İrəvaninin divar rəsmləri və bədii tikmə üçün yaratdığı trafaretlərdən ilhamlanan muzey əməkdaşları sərgiyə öz yaradıcı töhfələrini veriblər. Bərpaçı-rəssam Samir Talıbov ustadın ornamental dünyasını şüşə üzərində yenidən canlandırmış, elmi işçi Esmira Ağasıyeva isə ənənəvi tikmə texnikası ilə zərif kompozisiyalar hazırlayıblar.

Ekpozisiyada Azərbaycan muzey praktikasında ilk dəfə olaraq artırılmış reallıq (AR) texnologiyasından istifadə olunub. Tamaşaçılar QR kod vasitəsilə Sərdar sarayı portretlərinin bərpadan öncəki vəziyyətlərini görə bilirlər. Bundan əlavə, sərgidə QR kodu skan etdikdə AMİM-nin kolleksiyasında qorunan rəssamın məşhur portret obrazları “canlanır” və ziyarətçilərə öz hekayələrini danışırlar.

Sərginin vacib xüsusiyyətlərindən biri də onun çoxhissiyatlı konsepsiyasıdır. Fərqli zallarda təkcə görmə deyil, həm də eşitmə, qoxu və toxunma hissləri aktivləşdirilir ki, ziyarətçilər əsərləri daha dərindən dərk edə bilsinlər. “Gül və bülbül” mövzusuna həsr olunmuş zalda qədim buxurdanlardan qızılgül ətri yayılır. Portretlər bölməsində görmə məhdudiyyətli ziyarətçilər üçün xüsusi toxunma relyefləri təqdim olunur ki, bu da sərgiyə əlçatanlıq və inklüzivlik baxımından əlavə üstünlük verir.

Sərgidə həmçinin tanınmış rəssam Orxan Hüseynovun müəllifi olduğu “Çuxur-Səəd” adlı təkrarlan video yer alır. Videoda İrəvaninin əsərləri və boya-başa çatdığı bölgəyə aid xalq musiqisi birləşdirilərək dövrün atmosferi immersiv formada tamaşaçılara çatdırılır.

Sərgi, 2026-cı il 31 yanvar tarixinədək davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:567
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Dekabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri