Icma.az
close
up
RU
Amid öz ömrünü Vətən torpaqlarının azadlığı üçün yaşadı

Amid öz ömrünü Vətən torpaqlarının azadlığı üçün yaşadı

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

1999-cu il dekabrın 3-də Biləsuvar rayonunun Çaylı kəndində dünyaya göz açan Amid İlham oğlu Əliyevi 44 günlük haqq savaşımızda şəhidlik zirvəsinə ucaldan canından çox sevdiyi doğma Azərbaycana, hər qarış torpağına lap uşaqlıqda bəslədiyi sonsuz sevgisi olub. Vətənin dar günündə sinəsini ona sipər edib şərəfli ölümü ilə tarix yazıb Amid. Qazanılan parlaq qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna çevrilən Vətən sevdalısı cismən aramızda olmasa da, onun adı çəkiləndə xalq qürur hissi keçirdir. Zəfər şəhidi İndi tək Əliyevlər ailəsinin deyil, bütün Azərbaycanın əziz övladıdır.

Həyatının mənasını Vətəninə, xalqına təmənnasız xidmətdə görən Amid 2016-cı ildə Çaylı kənd tam orta məktəbi bitirib ordu sıralarına yollanıb. Axı, canına yağı dadanmış odlar yurdu illər idi xilaskar ərənlərin yolunu gözləyirdi. Amid qeyrətli, mətin oğullarla bərabər cəbhə bölgəsində əlinə silah alıb torpaqların keşiyində durub. Ən böyük arzusu da düşmən tapdağında qalan əbədi-əzəli yurd yerimiz- Qarabağı azad görmək olub. Həmçinin bu yolda canından keçməyi belə özünə şərəf bilib.

Ürəyi Vətəninə sevdalı gəncin nümunəvi xidməti, cəsurluğu, yoldaşlarına sədaqəti qısa müddətdə ona hörmət qazandırıb. Mübarizə meydanında dığaların başını əzmək üçün Amid həvəslə hərb sənətinə yiyələnib. Komandirlərin verdiyi tapşırıqları vaxtında, dəqiq yerinə yetirib. Eləcə bütün çətin təlimlərdə əla döyüş keyfiyyətləri nümayiş edib və fədakarlığı, mərdliyi bir qayda olaraq ona uğur gətirib. Bütün bunlar Amiddə işğal olan Vətən torpaqlarının azadlığı uğrunda döyüşməyə inam yaradıb. Məhz buna görə əsgərlikdən sonra da Azərbaycan Ordusunun müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi əlindən silahı yerə qoymayıb, Vətənə layiqli övlad olmağı hər şeydən üstün tutub və düşməndən alacağı qisas gününü gözləyib.

Nəhayət, 2020-ci il sentyabrın 27-də Amidin arzuladığı gün yetişib. Ermənilər atəşkəsi yenidən pozanda Vətən qeyrətli oğullar yaxşı dərk ediblər ki, artıq bunları susdurmaq zamanı çatıb. Həmin məqama hazır olan Amid Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşa başlayıb. Şiddətli döyüşlərdə göstərdiyi misilsiz şücaəti əsgərlərdə qələbəyə böyük inam yaradıb. Girdiyi müharibə meydanlarında odlardan, alovlardan keçməklə neçə-neçə ağır sınaqlardan üzüağ çıxıb. Yağıya ciddi itki verməklə qazanılan qələbədən sonra ulu torpağın bağrına zəfər bayrağı sancılanda sevinci dünyalar qədər olub, növbəti dəfə döyüşə daha da ürəklə atılıb.

Döyüşdən-döyüşə bərkiyən qəhrəman Vətən oğlu Amid daha sonra Cəbrayılda gedən ağır vuruşlarda öndə getməklə erməni dığalarına qan uddurub. Düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edib, texnikasını sıradan çıxarıb.

2020-ci il oktyabrın 1-də Füzulinin azadlığı uğrunda ölüm-dirim savaşı başlanıb. Amid kimi qorxmaz, mərd oğullar hesabına düşmən ağır məğlubiyyətə uğrayıb. Təəssüf ki, Amid də burada düşmən gülləsinə tuş gəlib və gözlərini yumaraq şəhidlik zirvəsinə yüksəlib. Axıtdığı qanı hesabına 30 il əsir düşən Vətən torpağında daha bir üçrəngli bayrağımız ucaldılıb.

Doğma kəndində müqəddəs bildiyi torpağı qucaqlayan qəhrəman Amid Əliyev ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün uğrunda xüsusi xidmətlərinə və işğal olunmuş torpaqların azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə dövlət başçısının sərəncamlarına əsasən “Vətən uğrunda”, “İgidliyə görə”, Füzulinin və Cəbrayılın azadlığı uğrunda medallarla təltif edilib.

Torpağı qan bahasına Vətən edən Amid cismən aramızdan gedib. Milyonların ürəyində özünə yer edən qəhrəmanın ruhu əbədi olaraq azad etdiyi torpaqlarda gəzəcək. Beləcə, gələcək nəsillər Vətəni sevməyi, halal torpağını necə qorumağı onda öyrənəcəklər .

Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 May 2026 23:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri