Mirzoyan: İranın TRIPP lə bağlı narahatlıqları aradan qalxıb
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
İranın TRIPP layihəsi ilə bağlı narahatlıqları aradan qalxıb.
APA xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, İran tərəfi Ermənistanla müzakirələr zamanı TRIPP marşrutu boyunca ABŞ hərbi qüvvələrinin yerləşdirilib-yerləşdirilməyəcəyini soruşub və bu suala mənfi cavab verilib.
“İran tərəfi bu prosesin necə inkişaf etdiyindən razıdır, baxmayaraq ki, onların başqa sualları da qalır. Məsələn, İran tərəfi TRIPP boyunca ABŞ-ın hərbi mövcudluğunun olub-olmayacağını soruşur. Belə bir mövcudluq olmayacaq. Sənədlər bunu təsdiqləyir və reallıq da bunu göstərir”, – Mirzoyan deyib.
Ermənistan XİN rəhbəri qeyd edib ki, İran tərəfinin TRIPP-lə bağlı suallarına cavablar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 16 Oktyabr 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















