Misir Mərdanovdan vahid məktəbli forması məsələsinə REAKSİYA
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Nazirlər Kabinetinin ümumi təhsil müəssisələrində şagirdlər üçün vahid geyim formasının tətbiqi və müəllimlər üçün geyim qaydalarını müəyyənləşdirməsi manipulyasiya edilərək hicabla əlaqəli müzakirələrə çevrilib. Qərarın bəzi çevrələr tərəfindən dini azadlıqlara məhdudiyyət kimi təqdim edilməsi və müzakirə mövzusunun fərqli istiqamətə yönəldilməsi isə fikir ayrılıqlarına səbəb olub.
Sabiq təhsil naziri Misir Mərdanov Modern.az-a açıqlamasında Nazirlər Kabinetinin qərarını dəstəklədiyini bildirib.
"Hesab edirəm ki, qərarın icrası Azərbaycana və Azərbaycan dövlətçiliyinə xeyir gətirə bilər. Burada heç yerdə hicab adı çəkilmir. Qeyd edilir ki, vahid məktəbli forması olmalıdır, vəssalam. Məktəblərdə dövlətin müəyyən etdiyi məktəbli forması olmalıdır. Yoxsa məktəbdə hərə bir şey geyinməli deyil. Məktəb var-dövlət nümayiş etdirmək yeri deyil. Qərarı dəstəkləyirəm və hesab edirəm ki, bundan sonra elə belə də olacaq",-deyə sabiq nazir vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 12 Oktyabr 2026 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















