Misir və İsrail “Rəfah” keçid məntəqəsinin açılmasını müzakirə edir
Icma.az xəbər verir, Anews saytına əsaslanaraq.
Misir və İsrail "Rəfah” sərhəd-keçid məntəqəsinin yenidən açılması ilə bağlı danışıqlar aparır.Bu barədə "The Wall Srteet Journal” nəşri məlumat yayıb.
Qeyd olunub ki, bu keçid məntəqəsi Qəzza zolağına humanitar yardımın çatdırılmasında mühüm rol oynayır və hərbi əməliyyatların müvəqqəti dayandırılmasına zəmin yarada bilər.
Keçid məntəqəsi dekabrın əvvəlində açıla bilər. Misir rəsmiləri artıq İsraillə danışıqlar aparıblar və HƏMAS nümayəndələri bu gün Qahirəyə gələcəklər.
Plan Qəzza zolağında 60 gün müddətinə müvəqqəti atəşkəs əldə etməyi nəzərdə tutur. İsrail anklavda hərbi mövcudluğunu saxlayacaq, Fələstin tərəfinə nəzarət isə HƏMAS-dan Fələstin Muxtariyyətinə keçəcək.
"Rəfah” keçid məntəqəsindən hər gün humanitar yardım daşıyan 200-ə qədər yük maşını keçə biləcək.
Bu arada İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS tamamilə məhv edilənə qədər o, Qəzzada hərbi əməliyyatları davam etdirəcək.www.anews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 30 Noyabr 2024 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















