Misirdən İsraillə bağlı bəyanat: 1974cü il müqaviləsi...
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrailin Suriya ilə sərhəddəki bufer zonasını ələ keçirməsi ölkənin suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır.
Axar.az xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"İsrailin Suriya ilə sərhəddəki bufer zonasını ələ keçirməsi Suriya ərazisinin işğalı, ölkənin dövlət suverenliyinin və 1974-cü il müqaviləsinin (İsrail və Suriya sərhədində yerləşən BMT administrasiyası nəzdində demilitarizasiya olunmuş bufer zonasının yaradılması haqqında sənəd - red.) kobud şəkildə pozulmasıdır", - Misir XİN-in bəyanatında bildirilib.
XİN BMT Təhlükəsizlik Şurasını və digər ölkələri Suriyanın bütün ərazisi üzərində suverenliyini bərpa etmək üçün tədbirlər görməyə çağırıb.
Qeyd edək ki, İsrail ordusunun bölmələri Suriyadakı hadisələr fonunda İsrailin nəzarətində olan əraziləri Suriyadan ayıran Qolan təpələrindəki bufer-zonaya yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 09 Dekabr 2024 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















