Misirin mənzil tikintisi naziri WUF13 də iştirak edəcək
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Misirin mənzil tikintisi, kommunal təsərrüfatı və şəhər inkişafı naziri Randa Əl-Minşavi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Qahirədən Bakıya yola düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə report Misirin "Ahl Masr" saytına istinadən xəbər verir.
WUF13 çərçivəsində misirli nazir bir sıra yüksək səviyyəli iclas və tədbirlərdə iştirak edəcək, eləcə də digər ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.
O, birgə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını müzakirə etməyi, həmçinin "ağıllı şəhərlər"in tikintisi, mənzil və infrastruktur layihələrinin icrası sahəsində Misirin təcrübəsini təqdim etməyi planlaşdırır.
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 16 May 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















