Misirin sabiq naziri: Qadınlar müharibələrin və onların nəticələrinin ən həssas qurbanlarından biridir
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Müharibələr zamanı qadınlar ən həssas qurbanlardan biridir, onların nəticələrindən daha çox əziyyət çəkirlər.
Bunu Misirin sabiq ailə və əhali məsələləri üzrə naziri (2009-2011), İnsan Hüquqları üzrə Milli Şuranın prezidenti Muşira Xattab XII Qlobal Bakı Forumu çərçivəsində panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, qadınların hüquqlarını qorumadan davamlı sülh qurmaq mümkün deyil.
Xanım sabiq nazir deyib ki, bu problem regiondan və ya mədəni fərqlərdən asılı olmayaraq dünyanın bütün hissələrindəki qadınlara aiddir.
"Qadınlar təkcə Yaxın Şərqdə və ya keçmişdə Avropada müharibələrin nəticələrindən əziyyət çəkmirlər. Bu, beynəlxalq normalara əsaslanan insan hüquqlarına riayət olunmasını tələb edən qlobal çağırışdır. Qadınların hüquqları təmin olunmadan ədalətli və davamlı sülhdən danışmaq mümkün deyil", - Xattab vurğulayıb.
Baxış sayı:160
Bu xəbər 15 Mart 2025 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















