Icma.az
close
up
RU
Misirli alim: Qahirədə azərbaycanlı mütəfəkkirin adına iki tarixi abidə var

Misirli alim: Qahirədə azərbaycanlı mütəfəkkirin adına iki tarixi abidə var

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Qahirə, 14 iyul, AZƏRTAC

Qahirənin qədim məhəllələrinin birində yerləşən Gülşəni qübbəsi adlanan tarixi məkanda Misirdə Məmlüklər irsi ilə bağlı elmi mühazirə təşkil olunub. Misirin sabiq mədəniyyət naziri doktor İmad Əbu Qazi mühazirəsində Misir tarixində böyük iz qoymuş Məmlüklər dövrü abidələri və əlyazmaları barədə ətraflı məlumat verib.

Şeyx Gülşəni Bərdəinin Azərbaycan ədəbiyyatının məşhur filosof şairlərindən olduğunu diqqətə çatdıran AZƏRTAC-ın müxbiri Misirdə belə tarixi məkanların xalqlarımız arasında ortaq tarixi əlaqələrin mövcudluğundan xəbər verdiyini bildirib.

Doktor İmad Qazi AZƏRTAC-ın müxbirinə müsahibəsində tədbir keçirilən məkanın tarixi və Gülşəni barədə məlumat verib. Alim qeyd edib ki, Qahirədə Gülşəninin adını daşıyan iki tarixi abidə var. Onlardan biri çərkəz əsilli Məmlük sultanı Qayıtbayın qəsrinin yanında, Məmlüklər qəbristanlığındakı Gülşəni qübbəsidir. Mənbələrə görə, bina Qayıtbay tərəfindən 1474-cü ildə inşa etdirilib.

“Fikrimcə, Qayıtbaydan sonra qübbə Gülşəninin adı ilə adlandırılıb. Sultanın dövrünə aid mənbələrdə buna rast gəlmirik. İkinci abidə isə Gülşəni təkiyyəsidir. Bunu Şeyx İbrahim Gülşəni 1485-ci ildə inşa etdirib. Əli Mübarək əsərində bildirir ki, şeyx vəfat edəndən sonra burada dəfn edilib. Mənbələrdə onun Misirə gələndən sonra sonuncu Məmlük sultanı Tumanbayın dul arvadı ilə evləndiyi bildirilir”, - deyə İmad Qazi əlavə edib.

Ömrünün 30 ilini Misirdə keçirən və orada vəfat edən şeyx Gülşəni 1426-cı ildə Bərdədə anadan olub. Misirə gələn Gülşəni qısa müddət ərzində yerli xalqın böyük rəğbət və ehtiramını qazanıb. Alim 1534-cü ildə vəfat edib. Böyük mütəfəkkirin türkcə divanını doktor Azadə Musayeva Azərbaycanda tədqiq və nəşr etdirib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri